adalet.az header logo
  • Bakı -°C
20 Iyul 2026 14:26
108
ŞOU-BİZNES
A- A+

Müğənni: “Oğlum hər şeyin şahidi idi”

Şəxsi həyatı və ifaları ilə gündəm olan Kəmalə Günəşli sosial şəbəkələrdə canlı yayımda  onu və oğlunu qınayanlara cavab verib:

Adalet.az  xəbər verir ki, müğənninin izləyiciləri ilə aqressiv danışmağı diqqət çəkib:

“Hər kəs mənə deyir ki, oğlunu düşün, oğlun var. Mən oğlumu alçaldacaq nə etmişəm? Hətta deyirlər ki, sənin hərəkətlərinə oğlun nə deyir? Oğlum mənə nə deyə bilər ki? Mən onun valideyniyəm, o mənim valideynim deyil ki. Mən nə edəcəyimə özüm qərar verirəm, oğlum yox. Oğlum dərsləri ilə məşğul olur, idman edir, sevdiyi məşğuliyyəti ilə maraqlanır. Mən də öz işimlə məşğulam.
Oğlum çox gözəl bilir ki, bizim çətin günlərimizdə,bizə heç kəs dəstək olmadı. Mən öz zəhmətimlə, öz gücümlə irəliyə doğru addımladım. Oğlum isə bütün bunların şahidi idi”.

Əntiqə