Müğənni Nazəninin evində xoş gün
Bu gün tanınmış müğənni Nazənin Salayevanın oğlu Orxanın doğum günüdür.
Adalet.az xəbər verir ki, bu barədə sənətçinin özü "instagram" hesabında yazıb:
"Evimizin yaraşığı, dəcəli, son beşiyi Orxanımızın ad günüdür. Ana səni təbrik edir, şirin balam. Yaxşı ki, varımızsan. Allah səni bizə çox görməsin. Gün o gün olsun ki, məktəbi yaxşı qiymətlərlə bitirib Universitetə qəbul olasan. Atanın və mənim nəfəsim, ad günün mübarək olsun".
Biz də təbriklərə qoşulur, Orxana uzun ömür, can sağlığı arzulayırıq.
Rövşən Tahir