Müğənni: “İfalarım ilə çoxlarına mane oluram”
Müğənni Vəfa Şərifova həmkarlarının ona münasibətindən danışıb.
Adalet.az xəbər verir ki, o, uğurlu mahnı seçimlərində İntiqam Kərimovun əməyi olduğunu söyləyib:
“Əvvəllər tanınmırdım, hələ onda efirlərə ödənişli çıxırdım. Hamı mənim haqqımda yüksək fikirdə idi. Sonra anladım ki, yəqin bir uğurum yoxdur ki, hər kəs məni qəbul edir və tərifləyir. Sonra mütəxəsislə çalışmağa başladım. İntiqam müəllimin seçimləri ilə mahnılar oxudum. Daha çox uğurlu sənət nümunələri ilə tamaşaçı qarşısına çıxmağa başladım. Heç kəsə mane olmayanda məni çox sevirdilər. İfalarım ilə bir çoxlarından üstün olmağım həmkarlarımda qıcıq yaradıb”.
Əntiqə


Bakı -°C

