"Muğam müsabiqəsi"nin iştirakçısı qəza törətdi: Baba və nəvə öldü - YENİLƏNİB
Zərdabda iki nəfərin ölümü ilə nəticələnən qəzada xəsarət alanların diaqnozları məlul olub.
Adalet.az-a rayonun mərkəzi xəstəxanasından verilən məlumata görə, hazırda beş nəfər müalicə alır.
Bildirilib ki, Məmmədov İntiqam Qnyaz oğlu (1966) hadisə yerində ölüb, Məmmədli Tunar Məftun oğlu (2023) ağır kəllə beyin travması alıb və beyindaxili qanaxmadan ölüb.
Xəsarət alanlardan Məmmədova Sona Tehmir qızında (1995) sol körpücük sümüyünün sınığı, sol tərəfli qabırğaların çoxsaylı sınığı, Məmmədova Raya Sərkər qızında (1969) sol tərəfli 1-ci əl sümüyünün sınığı, Məmmədov Məftun İntiqam oğlunda (1991) döş qəfəsinin travması, qabirğaların sınığı, Məmmədov Uğur Məftun oğlunda (2017) səthi zədələnmə dəri sıyrığı, Məmmədli İntiqam Məftun oğlunda (2016) səthi zədələnmə, dəri sıyrığı qeydə alınıb.
***
13:57
Zərdabda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb.
Adalet.az-ın apa-ya istinadən məlumatına görə, azyaşlı T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.
Məlumata görə, azyaşlı hadisə yerində ölən İntiqam Məmmədovun nəvəsdir.
***
12:46
Zərdab rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb, altı nəfər xəsarət alıb.
Adalet.az-ın report-a istinadən məlumatına görə, xəsarət alanlar bir ailənin üzvləridir.
Xəsarət alanlardan biri azyaşlıdır, onun vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü Məftun Məmmədov "Muğam müsabiqəsi"nin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub.
***
11:39
Zərdabda avtoqəza olub, ölən və xəsarət alanlar var.
Adalet.az xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Toyota" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Fakt araşdırılır.
Digər Xəbərlər
09 Dekabr 2025 15:09
AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabat nə vaxt yayımlayacaq?
09 Dekabr 2025 11:11
Bakıda partlayış oldu - Dağıntılar altında qalanlar var - YENİLƏNİB
09 Dekabr 2025 10:51
“Jasmin Park”da faciə: usta tikintidən yıxılaraq ölüb
08 Dekabr 2025 11:25


Bakı -°C

