adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Avqust 2020 12:03
36801
ELM VƏ TƏHSİL

Müəllimliyə namizədlər necə hazırlaşır? - SORĞU

Operativ Qərargahınqərarına əsasən 5 avqustdan etibarən Müəllimlərin İşə Qəbul imtahanı(MİQ)keçiriləcək. Hazırlıq dövrü karantinə düşdü. Kurslar və repetitor fəaliyyətiqadağan edildi. Belə vəziyyətdə müəllim olmağa namizədlər necə hazırlaşır? Bu barədə adalet.az MİQ imtahanında iştirakedəcək namizədlərin fikirlərini öyrənib.

Riyaziyyat ixtisasından imtahanda iştirak edəcək SəbinəNəbiyeva hər il fərqli yeniliklərin tətbiqindən narazıdır.

"Evdə özümə aid vəsaitlərlə riyaziyyatdan çalışa bildim ancaq. Gözləntimtəxmin etdiyiniz kimi aşağıdır . Hər il aidiyyatı olmayan yeniliklər edirlər.”

Coğrafiya ixtisasıüzrə müəllim olmağa hazırlaşan Sevinc Adilovanın isə harasa qəbul olmağa inamıaşağıdır.

"Özüm hazırlaşdım . Yaxşı nəticə gözləsəm də harasa qəbul olmağı gözləmirəm. Çünki keçid 35+olsa da , gərək 55 bal toplayım.”

Günel Xəlilova dadigər həmkarları kimi imtahana özü hazırlaşır.

" İyul ayı həm ixtisas(Azərbaycan dili və ədəbiyyat), həm dəkurikulumdan online dərslərə qoşuldum. Amma bir ay qoşula bildim, sonra imkanolmadı. Vəsaitlər aldım, qonşulardan dərslikləri yığdım. (teamsdə var, bilirəm,gözüm ağrayır kompüterə baxmaqdan)Özüm hazırlaşıram.”

Kəmalə Bayramovaisə yeni qərardan sonra ilk dəfə imtahanda iştirak edəcək.

"Ilk imtahanım olacaq. Heç bir zaman iştirak etməmişəm. Tərcüməçilərinmüəllim işləmək kimi hüququ yox idi. Yeni qərarla isə işləyə biləcəyik. Sənəd qəbulununbitməyinə bir gün qalmış qeydiyyatdan keçmişəm. Hazırlaşmamışam. 14 ildir, özəlməktəbdə çalışıram. Ixtisasımı yaxşı bilirəm deyə bu addımı atdım.”

Emin Piri