adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Sentyabr 2018 17:39
12176
ELM VƏ TƏHSİL

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, cari ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 min 839 namizəd iştirak edib. Onlardan 4 min 53-ü müəllim adını qazanaraq işə qəbul olunub.

Müsabiqədən uğurla keçənlər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkə[email protected] poçt ünvanına göndərə bilərlər. Qeyd edilən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq Apellyasiya Komissiyası tərəfindən baxılacaq.

Sentyabrın birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.