Müəllimlər imtahan verəcək
Regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, fevral ayında keçiriləcək qiymətləndirmə peşə-ixtisas, İKT, məntiq və pedaqogika sahələrini əhatə etməklə 60 sualdan ibarət olacaq.
Qiymətləndirmənin həyata keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etməkdir. Qiymətləndirmədən keçən şəxslərin ixtisasartırmaya cəlb olunması və müəssisələrin sayının optimallaşdırılması zamanı işin yenidən təşkili nəticələrə əsasən həyata keçiriləcək.
Ötən ilin dekabr ayında Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan 1500 pedaqoji işçinin bilik və bacarıqları qiymətləndirilib.
Digər Xəbərlər
28 Aprel 2024 09:00
Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55