adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Oktyabr 2019 11:53
27402
ƏDƏBİYYAT

MÜƏLLİM GÜNÜNƏ HƏDİYYƏ

5 oktyabr "Müəllimgünü” kimi 1994 – cü ildən YUNESKO tərəfindən təsis edilmişdir. Bu tarix həm dəBMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxil edilib. Dünyanın 100 – dənartıq ölkəsində qeyd olunan müəllimlərin peşə bayramında respublikamızda da birsıra maraqlı tədbirlər keçirilir.

Sevimli şairə, publisist və pedaqoq kimi minlərinsevgisini qazanan Kamalə Abiyevanın bu ilki bayrama öz töhvəsi olub. O, növbəti"İrəvanda diz qoysam” kitabının təqdimatını və imza gününü məhz həmin gün 40 ilçalışdığı A. Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə keçirib. Tədbiriştirakçılarının fikrincə bu Müəllim gününə ən gözəl hədiyyədir. "Müəllimolmasalar da hər oxucunun həyatında müəllimin payı, zəhməti var. Tədbiriştirakçıları arasında özü pedaqoq, alim, şair olan Gülşən xanım, eləcə də Nailəxanım təkcə özlərinə deyil, yaxın ətraflarına da hədiyyə etmək üçün kitab əldəetdilər. Bundan gözəl nə ola bilər?” – deyir Kamalə xanım. Təqdimatda Şəhriyarşünasalim f.e.d. Esmira Fuad, qələm dostları, yaradıcı insanlar Şülfiqar Şahsevənli,Faiq Balabəyli, Azər Qismət, Nazilə Gültac, Yeganə İsgəndərova, Elçin Məmmədov,Vasif Ayan, Aygül Ağayea və başqaları iştirak edib. Esmira xanım, eləcə də imzasıilə fərqlənən, "o məni vətəndaş yetişdirib” deyən Kamalə xanımın qızı yazarAysel Aydın Əlizadə kitabın adına diqqət çəkdi. Aysel Əlizadə rus ordusununİvan Paskeviçin komandanlığı altında hələ 1827 – ci ildə İrəvanın qapısısayılan Sərdarabad qalasının işğalından sonra İrəvana hücumunun məhz 5 oktyabratəsadüf etdiyini vurğuladı.

Öz təəssüratlarını bölüşən istedadlı şairə KamaləAbiyeva tədbir haqqında təəssüratlarını bölüşdü: Bilirəm ki, elə dostlarım, eləsöz adamları var ki, zəng etsəydim, şəxsən çağırsaydım, mütləq gələcəkdilər. Üzürlüolsun, etmədim nədənsə. Xəbərsiz olanlar çox oldu, ancaq bilib gəlməyənlərarasında gözlədiklərim də vardı. Sadəcə profilimdə tədbir haqda paylaşımetmişdim. Özüm də belə tədbirlərdə oluram. Vəzifəsinə, kiminsə qohumu olduğuna,yüksək qazanclı işinə görə heç yaradıcılığını bəyənmədiyi və ya oxumadığıbirinin tədbirində olmağa, görünməyə can atanların olduğunu müşahidə edirəm.Belə hisslər mənə yaddır. Anlamıram. Mənim statusum sözümlə, peşəmdəki zəhmətimləqazandığım sayğı və sevgidir. Buna dəyər verənləri görmək istəyirdim. Əslindəçox isti, doğmalıq, sevgi dolu saatlar yaşadıq. Hamının üzündə sevinc, məmnunluqvardı. O qədər xoş sözlər dedilər ki, şəxsən tanımadığım adamlar belə, ən böyükdəyərim oldu. Ancaq sosial şəbəkədən tanıdığım Mehriban Sadiqova, GülnarHüseyn, Sevil Ülvü, Məlahət Kərimqızı, Arzu Həsənova kimi söz adamları,yaradıcı insanlarla yaxından tanış oldum.”

Təqdimat vəimza günündə müəllimlər, şagirdlər və məzunlar da iştirakedirdi. 

Kitabda şairənin son illərdə yazdığı müxtəlif mövzulu şeirlər yer alıb. Azərbaycanınağrılarını yaşayan, daşıyan şeirlər də xüsusilə fərqlənir.