adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Oktyabr 2018 17:44
15335
MƏMLƏKƏT

MÜƏLLİM GÜNÜ ƏRƏFƏSİNDƏ DÜŞÜNCƏLƏR

Bizim hərbirimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq,bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Oktyabrın ilk həftəsi,ayın1-i,həftənin birinci günüdür.Həftənin sonunda , ayın 5-də Beynəlxalq Müəllim günü qeyd ediləcək.

Nə üçün ildəbir gün-müəllim hər an hər kəsin,hamının yanındadeyilmi? Günlərin hamısı-365günün acılı-şirinli,sevincli-kədərli, uğurlu-uğursuz,qayğılı,düşüncəli,fikirli-bu günlərin hər biri müəllimingünü deyilmi?

Müəllim-cəmiyyətin,millətinmənəvi -əxlaqi,etik-estetik dəyərlərinin,adət-ənənələrinin daşıyıcısı,qoruyucusu və təbliğatçısıdır.Cəmiyyətmüəllimi sevir,ən ülvi ümidləriniməktəblə bağlayır- bu sevgi qoy hərzaman bayramsayağı ifadə olunsun!

***

Məktəb dəhliziilə hərəkət edirəm.Ətrafımda şagirdlərdir. Şən,kədərli,nadinc,şıltaq,sakit,çalışqan,çoxda sakit və çox da çalışqan olmayan şagirdlər.Onların hər biri təkrarolunmazdır.Fərddir.Onlarınhər birinin öz tələbatı,öz marağı,özniyyəti,öz fikri var.Hər biri Şəxsiyyətdir.

***

Düşünürəm:müəllimolmaq çətindirmi.Bəli çətindir.Bəzən eləgəlir ki,bütün gücünü itirmisən,zehnin,ruhunyorulub,əldən düşüb. Lakin məktəb,uşaqlar-əbədi güc və gənclik mənbəyidir.Bəli,müəllim olmaq çətindir,çoxçətindir.Və həmişə belə olmuşdur.Pedaqogika elmlərin ən mürəkkəbidir,çünki onun məqsədi uşaqlardır və deməli,bizim gələcəyimizdir.

***

İlk dəfə məktəbə şagirdkimi getdiyim gün,1961-ci ilin 1 sentyabrı indiki kimi yadımdadır. Bəzən mənə elə gəlir ki, mən məktəbə,müəllimə elə həmin günvurulmuşam və bu böyük məhəbbətibu gün də qoruyub saxlayıram. Bu məhəbbət məni yaşadıbvə bu gün də yaşatmaqdadır.

***

Pedaqoji təhsilalıb məktəbdə dərs demək hələmüəllim olmaq deyil. Müəllimyaranışdan,fitrətən müəllim olmalıdır.Hər gün,hər dəqiqə məktəb,sinif,şagird haqqında düşüncələr bütün qayğıları,düşüncələri üstələyirsə,fikrin dərsdəkeyfsiz ,küskün,incik görünən uşağınyanındadırsa, bir şagirdin həttakiçik uğuru səni gülümsədirsə,birsözlə,bütün fikrin-zikrin ONLARINyanında qalırsa, deməli sən müəllimsən...

***

Nə üçünmüəllimlərin bir qismini insan bütün ömrü boyu unutmur, bəziləri isə şagird məktəbdən ayrılan kimi dərhal unudulur?

Yaddaşlarda qalanlar,xatirələrdə yaşayanlar qeyri-adi insanlardır. Onlarıxatırlayanda göz önündə bütövlükdəməktəb deyil, bu məktəbindaxilində sənə bilik vermiş,vərdişlər aşılamış,sənə xeyirxahlıq etməyi öyrətmiş, həyata vəsiqə vermişkonkret şəxslər canlanır. Və yalnız böyüyəndən sonra dərk edirsən ki, buinsanların-Müəllimlərin sənəti nə qədər mürəkkəb və çoxşaxəlidir.

***



Şagirdlərinetimadını ,sevgisini qazanmaq üçündaim onların arasında olmaq,onlarlaeyni havanı udmaq, problemləriniöyrənmək və birgə həllinə çalışmaq ,sadəcə onların dostu olmaq lazımdır.Müəllim bir tərəfdən -hamı kimibir insandır, digər tərəfədn -o, maraqlı ideyaların təşəbbüskarı,memarıdır,uşaq taleyinin yaradıcısı, bu balacavarlıqların hər birini böyük şəxsiyyətkimi qəbul edib onlarda özünə inamyaradan şəxsdir,kollektivinsükançısıdır və bütün bunlaragörə qeyri-adi insandır.

***

Mən uşaqları sadəcəuşaq olduqlarına görə sevirəm.Uşaq-ilk vaxtlar köməksiz, hər kəsə etibar edən,həyatın gözəlliyinə inanan,qəlbi sevinclə,xoş ümidlərlə,yaradıcılıq eşqilə dolu saf, məsum bir varlıqdır. Məktəbi,uşağı sevmədən yaxşı müəllimolmaq qeyri-mümkündür.Uşağı sevməyən müəllim-səsiolmayan müğənni, səs duyumu olmayan musiqiçi, rəngləri seçməyan rəssam kimidir.

***

Uşaqlar-harmoniyanın,gözəlliyin,xeyirxahlığıntəcəssümüdür.Elə bir uşaq tapmazsan ki, onun çöhrəsində bəşər övladına xas olangözəllik duyulmasın. Yumşaqlıq,böyüklərin sözlərinə inanmaq,onlara bənzəməyəçalşmaq uşaq xarakterinin xüsusiyyətləridir. Uşaqda faydalı bir işə maraqoyadılması , onda kiməsə nədəsə yardım etmək istəyinin yaradılması çoxvacibdir, çünki fəaliyyət zamanı uşaq özü daha da açılışır , daxilindəki gözəlliyibir daha nümayiş etdirir.Uşaq özünüifadəyə imkan tapır.Özünü şəxsiyyət kimi təsdiqləməyəçalışır... Bu işdə uşağa, şagirdə yardım göstərməmək isə günahdır..

***

Müəllimkimdir? O,yaradıcıdır,qurucudur. O yerüzündə ən dəyərli,ən qiymətli aləmi-əslinsanın daxili aləmini yaradır.Odaim çalışır, insanın hərtərəfli inkişafına nailolmaq üçün yeniyollar,üsullar,texnologiyalar axtarır,bu prosesin təkmilləşdirilməsi üzərindəçalışır.

***

Müəlimlik sənətini başqa sənətlərlə eyniləşdirmək olmaz-çörəkçinin çörəyi yanarsa,bir-iki saata yeni çörək bişirmək mümkündür..Bənna divarı əyri hörərsə-eybi yoxdur, kərpicləriyenidən düzüb xətanı düzəltməkolar.Yalnız müəllim fəaliyyətinin nəticəsi tez görünməz- nə birsaatdan, nə bir gündən, nə də bir aydansonra.Yalnız bir neçə ildən sonra görünürmüəllim işinin nəticələri,əsası isə budur ki,artıq bu nəticələri dəyişməkolmaz. Bizim etdiyimiz səhvlər ən böyük,ənciddi,həyati əhəmiyyyətli səhvlərdir,cünki bu səhvlər uşaqlara əzab verərək onların qəlbini yaralayır. Uşaq qəlbiniən çox yaraylayan,ona iztirab verənlaqeyd müəllimin yol verdiyi ədalətsizlik olur.Təsadüfi deyilki,uşaqlar müəllimin əsas keyfiyyətikimi onun ədalətli olmasını göstərirlər.

***

Qəti əminəm: ədalətsiz və laqeydinsan müəllim ola bilməz.Xoşbəxtəmki,həyat yolumu ləyaqətli və sənətinəbiganə olmayan insanlarla -müəllimyoldaşlarımla və əlbətdə ki, səmimi vəbüllur kimi saf qəlbli uşaqlarlabirlikdə davam edirəm. Lakin bugünkü uşaqlardünən öyrətdiyimiz uşaqlardan fərqlənirlər. Bugünün uşaqlarını başa düşmək,onlarıbaşqa yolla öyrətmək,başqa yolla tərbiyəetmək lazımdır,onların sağlamlığınada başqacür yanaşmaq zəruridir.Müasir uşaqlar "həyət" oyunlarını oynamır,kollektiv əyləncələr keçmişdə qalıb.Bunların yerini kompüter oyunları tutub. Və əgər biz müasiruşaqların yeni keyfiyyətləri və onların həyatında nələrin olmadığı haqqındadüşünsək qənaətimiz bu olar ki,məktəb təcrübəsində illərdən bərikök salmış "dəyişməz" qaydalara yenidənbaxılması,pedaqoji-psixoloji prinsiplərə yeniyanaşmalar həqiqətən vacibdir.

***

Unutmamalıyıq-bizimqüsurlarımız əksini şagirdlərimizdə tapır!

***

Hər bir məktəblimüəyyən istedad və qabiliyyətəmalikdir.Uşaqlar təbiətən hər şeylə maraqlanır və onların öyrənmək arzusu böyük olur.Öz istedadvə qabiliyyətlərini göstərmək üçünonlara müəllim və valideyn tərəfindən düzgün,ağıllı yol göstərilməsikifayətdir.

***

Şagird sərbəst olmalı,ətrafdakıların ona anlayışlayanaşacağına inanmalı,rəy bildirməkdən,müəllimə,yoldaşlarına sual verməkdən çəkinməməlidir. Əksinəbiz suallara birgəcavab axtarmağı öyrətməliyik.Uşaqların öz gücünə əminliyi ,çətinlikləridəf edə biləcəklərinə inamı həyatda birtarazlıq yaradır.Bununla yanaşı hər biruşaq öz düşüncələrinə sahib olmağı, onları müəyyənistiqamətə yönəltməyi, onlara düzəlişverməyi, ifadə tərzini düzgünseçməyi məktəbdə öyrənməlidir.

***

Müəllim dövrlə ayaqlaşmalı, şagirdləri ilə "birdalğa" da olmalıdır. Müasir cəmiyyətdə vacibdir ki,onun gələcək üzvləri seçim edən zaman , həyati vacib suallaracavab axtararkən müstəqil qərar qəbuledə bilsinlər.Ona görə də müəllimşagirdlərdə elə keyfiyyətlər tapmalıvə inkişaf etdirməlidir ki,onlaragözlənilməz hadisələrlə dolubu "sərsəm" həyatda ayaqüstə durmaqda köməkçi olabilsin .

***

Müasir məktəbşagirdlərdə fasiləsiz özünütəhsil təlabatının,fəal həyat movqeyinin,sağlam həyatmədəniyyətinin,sosial adaptasiya bacarığınınformalaşdırılmasını, Azərbaycanın milli dəyərlərini mənimsəmiş vətənpərvər vətəndaş, qloballaşan və müasir dünyada rəqabətədavamlı,peşəkar kompetensiyalara və biliklərə malik olan bir insan yetişdirilməsini təminetməli, məktəb məzununun gələcək inkişafı və formalaşması üçün baza yaratmalıdır.Gənc nəsləbu keyfiyyətləri aşılamaqüçün müəllim özü zəngindünyagörüşünə malik olmalı,müasir dünyanıninkişaf meyylərini dərindən dərketməli,bu dünyada çevik hərəkətetməyin yollarını və onu şagirdlərə necə öyrədəcəyini bilməlidir.

***

Bu gün Azərbaycan gənci ölkəmizdə xariqələryaradır.Elmi kəşflər edir.Milli adət və ənənələrimizi layiqincəqoruyur.Müxtəlif beynəlxalq tədbirlərdəxalqımızı,dövlətimizi yüksək səviyyədə təmsil edir. Yüksək vətəndaşlıq hissi iləxalqımıza xidmət edir.

Ən başlıcası gənclərimiz Vətəni sonsuzməhəbbətlə sevir və torpaqlarımızın bütövlüyü,müstəqilliyimizin qorunubsaxlanılması üçün canından,qanından keçməyə hər an hazırdır.Biz hər gün Aərbaycan gəncinin böyükvətən sevgisinin şahidi oluruq. Bukeyfiyyətləri biz müəllimlər aşılamışıqvə aşılayırıq.

Deməli,biz də Vətənqarşısında öz borcumuzu layiqincə yerinəyetirirk.Bu sevinci duyan müəllim həqiqətən xoşbəxtdir.

***

Və sonda böyük şairSüleyman Rüstəmin dedikləri:

Müəllimlik müqəddəsbir sənətdir həyatda,

Müəllimin hərsözü həqiqətdir həyatda.

Üz-gözü,pal-paltarı mürəkkəbli körpələr,

Çırpınan ürəklərixoş mətləbli körpələr,


İlkin vətənsözünü müəllimdən öyrənir,

Mənliyini, özünümüəllimdən öyrənir,

Başım ağarıbsada, deyilsəm də mən cavan,

Yanımda bir müəlimadı çəkilən zaman

Tez ayağaqalxıram bir məktəbli uşaqtək, -


Müəllimə həmişə,hər yerdə börmət gərək.

Müəllim dəanadan müəllim doğulmayıb,

Müəllimin özü dəmüəllimsiz olmayıb.

Deyirəm, kaş təzədənbir məktəbli olaydım,

Barmaqlarıömürlük mürəkkəbli olaydım.