adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Mart 2020 18:05
38688
ƏDƏBİYYAT

Müdrik adam - Pərvanə Bayramqızı yazır

Onu tədbirlərdəgörürdüm. "Xatirə dəftərlərinin bəzəyi olan o məşhur şeirin müəllifini gördüyümə şadolsam da yaxınlaşmırdım. Sərt insan təsiri bağışlayırdı. Bir dəfə təsadüfənyanaşı əyləşdik, üstəlik şəkil də çəkdirəsiolduq. Elə bil adamın sərtliyindən telefon da işini sərbəst görə bilmədi. Şəkil yaxşı düşmədi. Daha narahat edib "təkrar çəkdirək demədim. Babam şəkil çəkdirmək məsələsində bizi o qədər yorub ki,ağsaqqallarla şəkil çəkdirməyi çətin iş hesab edirəm. Babamla xahiş-minnətlə bircə dəfə nə çəkdirdiksə odur, ikinci dubl üçünşansımız olmur, biz hazırlaşanadək baxırsan ki, kişi təpəni aşıb. Bu "travmanın ucbatından şairə də təklif etmədim. Elə əlimdə olan şəklə şükür edibsakitcə durdum. Heç paylaşmadım da. Bir dəfə yenə AYB-də tədbirdə idik. Bir nəfərçıxışında şeir söyləməyə cəhd etdi, nə qədər çalışdısa əzbər deyə bilmədi. Bəlkədə, yaxşı çıxış edəcəkdi, amma qiraətçilik sevdası hər şeyi korladı. (Olabilsin ki, onu pis vəziyyətdə qoyan ya səhhəti,ya da yaşı idi. Zehinli insanların sonralar yaddaşlarından gileyləndiyini azmıgörmüşük?) "Sərt adamın” səbri tükəndi, özü kimi sərt tonla: – Ə, bunu əzbərləgəl də – deyə acıqlandı. Əslində düz deyirdi, amma ürəyimdə onu qınadım, "nahaqüzünə vurdu” – deyə düşündüm. Şeiri söyləyə bilmədiyinə görə yəqin ki, ürəyindəhamıdan çox özü acıqlanıb özünə. Bu dəfə də şairin haqqında öz fikrimdə qaldım.Hər rastlaşdığımızda sanki qəsdlə sərtlik edirdi ki, onunla bağlı qənaətimdəhaqlı olduğumu düşünüm. Kəramət Böyükçölün onun haqqında yazısını bir müddətsonra oxudum. Yazıdan: "Böyüyəndə mən də Seyran Səxavət olacam” fikirləri diqqətimiçəkdi. Oturub yaxşı-yaxşı fikirləşdim: əgər bu adamın haqqında Kəramət kimi "həradamı bəyənməyən istedadlı gənc” belə yazıbsa, deməli, mən gözlərimə yoxqulaqlarıma inanmalıyam.

Müsahibələrində də cəsarətli çıxış hesab edilə biləcəkşəkildə açıq danışır. "Müdrik” şeirini oxuyanda bildim ki, haqqında məni kimidüşünənlər çoxmuş. Özü etiraf edir:

"Mənə deyirlər ki,

həmişə dik-dik danışırsan...”

Sonra özünə haqq qazandırır:

"Nə deyirəmsə

alt-alta deyirəm...”

Hətta "boynuna alır” ki, kiməsə "tay zəhləmi tökmə dedim”. "Hər yetənədaş atırdım, çox yerlərdə baş apardım...” misrası da özü haqqında öz qələmindənçıxıb.



Seyran Səxavətiyaxından tanıyıb sevən insanlar! Bu cür "sübutlarla” şairi "ittiham” etməyimə səbrlədözdüyünüz üçün sağ olun. Əmin olun ki, onun haqqında fikirlərim müsbətsonluqla bitdi. Niyə də bitməsin? Dərindən düşünəndə görürsən ki, o, sözündüzünü deyir, buna görə sərt görünür. Özünü də gizlətmir – "Bir gün oturduğum yerdə dilimə də haram dəydi”etirafında bulunur. Amma inanmıram ona. Ölkələri viran qoyan müharibəyə qolqoymayıb, xalqı çapıb-talamayıb. Şairliyinə salıb nə bilim nəyi nəzərdə tutubyazıb. Allah bilsin hardasa görüb ki, "hamı gözüqıpıqdır” o da olub"gözüqıpıq”. Bunu ki atalar məsləhət görüb, onda nə günah var. Heç görmüsünüzki, bircə nəfər məmur belə bir etiraf etsin? Kimin dilinə haram dəyib? –Şairin. İnandırıcı deyil. Elə bil "Türkmənçay”, "Gülüstan” müqavilələrinə də oqol çəkib. Elə bil Qarabağın işğalına görə "kişilikdən istefa vermişəm” kimiağır hissin əlində çabalayan deyil. Yəqin Seyran Səxavət xırda səhvlərə də haramdeyir. Buna görə də ona müdrik adamsan deyirlər. Özü isə bununla razılaşmır. Elərazılaşmamağı ilə müdrik olduğunu göstərir.

Bir gün də İntiqam Mehdizadə ilə AYB-də idik. Dediki, gedək köhnə dostum Seyrana da dəyək. Köhnə dost deyəndə bilirsiniz də, ən əziz adam gəlir ağıla.Uşaqlığımızın, gəncliyimizin yadigarları, xatirələrimizə şərik olan insanlardıronlar. Köhnə dostlar mehribancasına görüşdülər, söhbətləşdilər. Onların söhbətləridə ədəbiyyatdır. Acgözlüklə dinləyirdim. Seyran Səxavət dostuna ərklə –"İsmayıllıya tez-tez gedirsən, nə olar, lap yaxşı. Mənim də doğulub boya-başaçatdığım rayon alınacaq, mən də gedib orda dincələcəm” – dedi. Zarafatından kədər yağdı. Qəribsəmədikey, hər iki nəsil bir-birimizin yanımızda xəcalət çəkdik.

Səmimi insandır Seyran Səxavət. Gerçək üzü ilə yaşayır. Başqasının səhvinidediyi kimi gözəl keyfiyyətlərini də səxavətlə dilə gətirir. Mənə üz tutubdediyi kimi:

– Dostlarımız arasında ən safı İntiqamdır.

Ona müdrik deyənlərlə razılaşmadığını bilsəm də,şairi bir az da mən "əsəbləşdirəcəm” – Dostunun özündən saf olmasını etiraf etməközü də elə müdriklikdir.