Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən bölmələrin şəxsi heyəti ilə görüşlər keçirilib.
Yerli icra strukturları, ictimaiyyət nümayəndələri, rayon fəalları, veteranlar və valideynlərin iştirakı ilə keçirilən tədbirlər şəxsi heyətə bayram sovqatlarının çatdırılması və konsert proqramları ilə yekunlaşıb.