Müdafiə Nazirliyinin hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində ölüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb.
Bu barədə Adalet.az-a Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Digər Xəbərlər
27 Dekabr 2025 13:13
"Ədalətli məhkəmə həm də vəkil fəaliyyəti ilə mümkündür" - İnam Kərimov
26 Dekabr 2025 21:00
Ermənilərin məhkəməsində məhkəmə baxışı BAŞA ÇATDI
26 Dekabr 2025 17:11
Orduxan Teymurxan, Qurban Məmmədov və digərlərinə hökm oxundu
26 Dekabr 2025 16:30


Bakı -°C

