adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 May 2020 09:35
27070
GÜNDƏM

MÜDAFİƏ NAZİRİ ÖZÜ RƏSMİ AÇIQLAMA VERMƏLİDİR

Qəzet və saytlarda , qısası, mətbuatdabelə bir məlumat yayılıb ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddəti 1 ilə yendirilib, magistratura sistemi də ləğvedilib. Akademiyaya bu il daxilolan zabitlərə də diplom yox, sertifikat veriləcək. Və bundan başqa da Ali Hərbi Təyyarəçilik vəAli Hərbi Dənizçilik Məktəbləri də ləğv edilərək Ali Hərbi Akademiyanın tərkibində fakültəyə çevrilib.

Müharibə şəraitində olan birölkədə bu mümkünmü?!

Müdafiə Nazirliyinin sözçüsüVaqif Dərgahlı bu xəbəri təkzib edib.

Amma bu polkovnikVaqif Dərgahlının səviyyəsindədeyil. Belə bir əmr var, ya yox, bunaMüdafiə naziri, general-polkovnik ZakirHəsənov aydınlıq gətirməlidir.Və əgər doğrudan da belə bir əmr varsa, əsaslandırılmalıdır.