MSK iki məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komitəsinin (MSK) bu gün baş tutun iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 91 Ucar seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Adalet.az-ın məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK katibi Arifə Muxtarovanın sözlərinə əsasən, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 18 və 38-ci seçki məntəqələrində öz təsdiqini tapıb.
O bildirib ki,18 və 38-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. O, həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
06 May 2024 09:11
Sülhməramlıların hərbi texnikası Yalamada - VİDEO
05 May 2024 17:01Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08