adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Fevral 2020 19:31
18603
SİYASƏT

MSK DSK-nın qərarını qüvvədə saxladı

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd Xəqani Cəfərovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK bildirib ki, namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib və bununla əlaqədar MSK-ya 1 disk təqdim edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb”. MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.