MSK Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə iki məntəqədə seçkilərin nəticələrini ləğv edib.
Adalet.az-ın məlumatına görə, MSK üzvü Qabil Orucov bildirib ki, Ağsaş seçki dairəsi üzrə daxil olan müraciətdə həmin dairə üzrə səsvermə zamanı pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.
Q.Orucovun sözlərinə əsasən, araşdırma zamanı yalnız 6 və 7 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar qeyd olunub. Q.Orucov həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01