Mövlud Çavuşoğlu:“İsveç minaları bilərəkdən tapdalayır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin NATO-ya daxil olması ilə bağlı məsələyə öz münasibətin bildirib.
O bu barədə Alanyaya səfəri çərçivəsində jurnalistlər qarşısında çıxışı zamanı bildirib.
“Terror təşkilatları xüsusən İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür. İsveç bu minaları bilərəkdən tapdalayır. İstəsə, təmizləyər. Biz razılaşmaları yerinə yetirməyənləri mükafatlandıra bilmərik. Stokholmun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq. Lakin hazırkı vəziyyətdə Türkiyə İsveçin NATO-ya daxil olmasına razılaşa bilməz”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Digər Xəbərlər

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək

Bu ölkədə matəm elan olundu

Orbandan Tramp-Putin sammiti ilə bağlı açıqlama

"Türkiyə ilə çox yaxşı dialoqumuz var" - Mirzoyan

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB
