Mourinyu həbsxanaya düşməyə razılaşdı
İngiltərənin "Mançester Yunayted” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyu İspaniyanın vergi orqanları ilə danışıb və ödənilməmiş vergi səbəbindən həbsxana həyatı yaşamağa razılıq verib.
Adalet.az xəbər verir ki, bununla bağlı "El Mundo” nəşri məlumat yayıb.
Mourinyu Madrid "Real”ında işlədiyi müddətdə gəlirlərinin bir hissəsini ispan hökumətindən gizlədib. Məlumatlara görə, 2011-ci ildə portuqaliyalı 1,6 milyon avro, 2012-ci ildə isə 1,7 milyon avro məbləğində vergidən yayınıb.
Mütəxəssis vergidən yayındığını etiraf edib.
Joze Mourinyu 2010-2013-cü illərdə "Real”ın baş məşqçisi olub. O, Madrid klubu ilə birlikdə İspaniya çempionatının qızıl medalını, ölkə kubokunu və İspaniya Super Kubokunu qazanıb.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00