Mourinyo istefaya göndərildi
İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Joze Mourinyo istefaya göndərib.
Adalet.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
"Daily Record" iddia edir ki, "Mançester Yunayted" Mourinyoya 24 milyon funt sterliq təzminat ödəyəcək. Yeni baş məşqçinin adının yaxın günlərdə açıqlanacağı bildirilir.
Qeyd edək ki, portuqaliyalı mütəxəssislə 2016-cı ilin mayında 3 illik müqavilə bağlanmışdı. Onun rəhbərliyi dövründə komanda ölkə çempionu ola bilməyib. 2017-ci ildə isə klub "Ayaks"ı məğlub etməklə (2:0) tarixində ilk dəfə Avropa Liqasının baş mükafatını qazanıb. Bu mövsüm "qırmızı şeytanlar" premyer Liqada uğursuz çıxışlarla diqqət çəkirdi. Belə ki, komanda 17 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00