adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Oktyabr 2018 11:02
23960
MƏDƏNİYYƏT

“Motsart” - İtmiş qəbrin sirri

Balaca Volfqanq Motsart təbiətcə gülərüz olduğundanyıxılanda ağlamazdı. Anası onun ağladığını cəmi bir dəfə xatırlayır – o daatası Leopold çalğısını saxlayıb körpəni otaqdan çıxardıqda. Bir dəfə axşamçağıvalideynləri evdə olmayanda Volfqanq alətə yaxınlaşıb bütün barmaqlarıyla alətidöyəcləyir. Səs kəskin olduğundan fiziki zərbə almış kimi uşaq üz-gözünüturşudur. Sonra ehtiyatla bir barmağını klavişə toxundurur. Eşitdiyi səsdən çoxməmnun qalır. Bu gecədən etibarən klavisin onun ən sevimli oyuncağına çevrilir.3 yaşında klavisində çalır, 5 yaşında alətin virtuoz ifaçısı sayılır, 6 yaşındaisə musiqi bəstələyir. 8 yaşında 3 simfoniyanın müəllifi idi. 14 yaşında isəbütün Avropada nüfuzlu sayılan Boloniya Musiqi Akademiyasının üzvü idi.

Zalsburqda Mosart muzeyi – «Mosarteume»də körpə Mosartınbalaca not dəftəri indi də qalır. Ləkə düşmüş, kağızı bozarmış, not yazısındanotların çubuğu silinmiş bu dəftərdə Leopold Mosart Volfqanq üçün musiqiçalışmaları yazardı. Bir dəfə heç 6 yaşı tamam olmamış Volfqanq atasındanqulağına gələn melodiyanı nota yazmağı xahiş edir. Bu kiçik pyes Mosartın ilk əsərikimi həmin bu dəftərdə yazılır. Mosart musiqi fikirlərini yazmağı bacarmasa da,musiqi dilində fikirləşməyi bacarırdı.

Belə uşağın musiqi istedadı ətrafa səs salmaya bilməzdi.Pul qazanmaq imkanını əldən buraxmayan atası Leopold konsert turnesiylə şəhərlərigəzməyə başlayır. Avropanın ən yaxşı musiqiçi və müğənnilərinin çıxış etdiyizadəgan saraylarına yol tapmaq şəhərin rəğbətini qazanmaq demək idi. Zadəgansaraylarında isə kiçik möcüzə, vunderkind Mosartdan danışmaqdan bezmirdilər.

Avstriya imperatorlarının yay iqamətgahında imperatorMariya Tereza onları qəbul edir. Mosart bu qadınla salamlaşıb tələsikklavisinin arxasına keçməyə çalışır. Ancaq parıldayanacan sürtülmüş güzgü kimiparketin üstündə sürüşüb düz zalın ortasında yerə sərələnir. Hər dəfə qalxmağaçalışanda parik taxmış bu adamcığaz yenidən yıxılır və böyüklər gülməkdənuğunurlar. Mariya Tereza qızı Mariya Antuanettadan kömək etməyi xahiş edir. Nəhayət,ayaq üstünə qalxa bilmiş Volfqanq xilaskarına gülümsəyib bərkdən deyir:«Xeyirxahlığına görə səni alacam». Amma üç onillik keçməmiş, Mosart kasıblıqdaöləcək, Mariya Antuanetta isə başını gilyotinə qoyacaq.

Volfqanqın çıxışları kənd yarmarkasında akrobatların,jonqlyorların çıxışına bənzəyirdi. Akrobatik hoqqalar beləydi: enlikürək,qartalburunlu bir kişi estradaya çıxıb camaata bir parça göstərir. Sonra həminparçayla alətin klaviaturasını örtür. Gənc ifaçı alətin arxasına keçib klavişlərigörmədən bir neçə rəqsi sürətlə ifa edir. Sonra atası uşağın gözünü bağlayır.Zaldan bir neçə adam klavişləri səsləndirir, cib saatının zəngini çaldırır,klavisinin üstündəki badələri cingildədir. Mosart isə səsləndirilmiş notlarınadını deyir. Yaxud bir nəfər ağlına gələn bir melodiyanı çalır. İfaçı isə onun əsasındaelə ordaca pyes bəstələyir. Səfərlərin uşaq sağlamlığına zərərini bilsə də,atası oğlunu əl meymunu kimi camaata göstərməkdən usanmırdı.

Amma uşaq böyüdükcə ona maraq sönməyə başlayır. Artıq 20yaşına qədəm qoyanda həyat Volfqanqa çox şey öyrətmişdi. Alqışların, səfərlərin,görüşlərin dadını görmüş maestrino indi Zalsburq sarayında kiçik əməkhaqqınasifarişlə musiqi yazmalıydı. Tabeliyində olduğu arxiyepiskopla münaqişəsi dərinləşirdi.Dəfələrlə kapellanın müğənniləri və ifaçıları qarşısında Mosart uşaq, avara vəsəfeh adlandırılır, aldığı pula heç dəymədiyi eşitdirilirdi. Moestronu konsertdəalqışlayanlar bilmirdi ki, qeyri-adi artist, insan qəlblərinə hakim olacaq biradam kiminsə quludur. Hər konsertdən əvvəl o, çıxış etməkçün arxiyepiskopa diltökməlidi. Arxiyepiskopsa izn verməməklə özünü hökmdar zənn edirdi.

Mosartın səbr kasası dolur. O, işdən çıxmaq ərizəsiyazır. Hər gün kinayəli gülüşləri və boş-boş sözləri dinləyib cavabsızqayıtmalı olur. Onun get-gələ salınmasının səbəbi var: kimi qovlamağı, kimisaxlamağı arxiyepiskop özü həll edir. Kiminsə ərizəni birinci yazmağı onun şəninətoxunurdu. Bir ay keçir. Mosart yenidən xahis ərizəsiylə qəbula gəlməli olur.Katib Mosart haqqında deyilən «avara, uşaq» sözlərini öz qulağıyla eşitdiyindəncəsarətlidi. Mosart ərizəni masanın üstünə atıb çıxıb gedir. Katib onu pilləkəndəyaxalayıb arxadan təpiklə itələyir. Sonra bioqrafları yazırdı ki, arxasındanaldığı bu təpik Mosartı azad insana çevirir.

Volfqanq pillələrlə diyirlənib yıxıldığı günü ömür boyuunutmayacaq. Yerdən qalxır, gözləri qaraldığından heç nə görmür, yol fanarınasöykənir. Ürəyi bulanır, qusduqdan sonra rahatlaşır. Səndələyə-səndələyə evə gəlibişığı yandırmadan yatağa düşür. Yorğunluq və yuxusuzluqdan gözünə çirkin üzlər,iyrənc ifadələr görünür. Volfqanqın beynində melodiya doğulur. Belə şeyqabaqlar da baş verirdi. Bu melodiyadan canını qurtarmaqçün durub onu yaçalmaq, ya da yazmaq lazımdır. Melodiya çalındıqca reallaşıb qadın səsinəçevrilməyə başlayır. Sonra qapı açılır, döşəmə cırıldayır. Beynindən «birincioktava, lya diyez» keçir. Yalın ayaqların yumşaq addımlarını eşidir. İki incə əlüzünə, isti dodaqlarsa dodağına toxunur... Bu onun ilk məhəbbəti Aloiziyanınbacısı Konstansadır. Gələcək ömür yoldaşı.

Atasının təkidiylə o, 15 il əvvəl maestrinoyla fəxr eləyənParisə gedir. Amma 15 il uzun müddətdir. O vaxt onun cəmi 7 yaşı vardı. Parismöcüzə uşağı artıq unutmuşdu. Bu dəfə Parisə görkəmsiz, kifir bir gənc gəlmişdi.Belə musiqiçilər zadəgan evlərində iş axtarmaq ümidiylə bura axışırlar. Həyatdayeri uğrunda mübarizə edən 20 yaşlı Volfqanqın nə köməkçisi, nə də arxası var.Mosart iri şəhərin bir başından o biri başına qaçıb, dərsi dərsə calayıb günləriniyaşayır. Daim nəm ayaqları, ağırlaşmış bədəni, sanki parçalanacaq başınınağrısı vecsiz tələbələrinin verdiyi mənəvi əzablarla müqayisədə bir şeydeyildi.

Azadlığa qovuşmasından 5 il keçir. Konstansa ilə münasibətləriZalsburqa atasının qulağına gədər gedib çatır. Kanstansanın anası da qızınıincidir ki, Mosartın ona yazığı gəlsin və tez evlənsin. Hətta Mosartı evlənməyəborclu eləyən sənəd də imzalamağa məcbur eləyir. Əgər evlilik baş tutmasa,Mosart Konstansaya hər il 300 florin verməyə borcludur. Sədaqətli Konstansa busənədi gizlincə oğurlayıb cırır. Mosart onunla sevdiyinə görə evlənir. Amma buevlilik ona baha başa gəlir. O, yenə də seçim qarşısındadır: azadlıq, sevdiyiqadın, yaxud Zalsburq, ailəsinin, xüsusilə atasının sevgisi. O, birinciniseçir.

İtalyan operalarının hakimliyi zamanında Mosartın təmizalman operası yazmağı ona qarşı cəbhə yaratmışdı. «Fiqaronun toyu» yaranandateatrda 3 opera hazırlanırdı. «Fiqaronun toyu»nu xalq çox sevsə də, zadəganlaraçox darıxdırıcı gəlirdi. Hər dəfə zalı doldurmasına baxmayaraq, bu opera həminil cəmi 8 dəfə qoyulur və sonrakı il repertuardan çıxarılır. Onu ispan bəstəkarıMartinin «Nadir əşya» operası əvəz eləyir. Bu da taleyin bir oyunudur. Çünki buoperanı bir neçə tamaşadan sonra heç kim xatırlamayacaq. Amma Mosart «Don Juan»operasında həmin operadan bir neçə xanə sitat gətirdiyinə görə tarix buoperanın adını da unutmayacaq.

Mosatın həyatı heç vaxt rahat olmayıb. Amma «Don Juan»ınuğursuzluğundan sonra vəziyyət daha dözülməzdi. Ona sifariş verilmirdi, sarayadəvət olunmurdu. Mosartı unutmuşdular. Musiqidən qazandığı puldan savayı başqagəliri olmadığıyçün bu durum dilənçilik səviyyəsinə enmək demək idi. İndi o,gecə-gündüz arvadı və oğlunu yedirməkdən ötəri pul tapmağın qayğısını çəkir. Tərskimi onlar hər ikisi tez-tez xəstələnirdi. Əvvəl yeganə oğlunu, sonra doğulmuşdaha iki uşağını torpağa tapşırır. İtkilər yaşadığı məhz bu dövrdə Mosartyaradıcılığının zirvəsi sayılan son 3 simfoniyasını, «Sehrli fleyta» operasınıvə sonuncu əsəri olan «Rekviyem»i yaradır.

Bütün gecəni ağrılardan yatmamışdı. Amma musiqi yazmayada bilməzdi. Yazmayanda daha çox əzab çəkirdi. İçində qalıb əzab verən musiqidənazad olmaq lazımdı. Yuxusuzluqdan ağırlaşmış başı masaya tərəf əyilir. Başınıqaldıranda qapı ağzında yarıqaranlıqda qara plaşlı, qara şlyapalı, qaraqalstuklu, pudralı parikdə, qanı qaçmış solğun bənizli, boşluğa baxan ifadəsizgözlü bir adam görünür. Bu adam dinmədən konvert uzadır və deyir: «Sifarişçi məxfiqalmağı arzulayır». Məktubda rekviyem yazmaq sifariş edilirdi. Mosart o zamanagörə çox böyük sayılan məbləğ istəyir. Yad kişi həmin məbləği sayıb masanınüstünə qoyur. «Əsər hazır olandan sonra bu qədər də alacaqsız» deyib qeyb olur.

Son zamanlar ölümfikri onu rahat qoymurdu. «Mənim başımda xaosdur. Fikrimi toplayıb yaza bilmirəm.Qara plaşlı kişi məni izləyir, işləməyi tələb eləyir. Mən artıq heç nədənqorxmuram. Bilirəm ki, axırım istedadımı tam aça biləcəyimdən tez çatacaq. Ammataleyini dəyişə bilən varmı? Mən matəm musiqimi yazıb sonra öləcəyəm».

Hər gün musiqi dahaaz, sükut daha çoxdur

Soyuq, yağmurlunoyabr günlərindən biridir. Mosartınevində üzücü səssizlik və dərman qoxusu hakimdir. Bu səssizliyi hərdən bir xəstəninotağından gələn qəmli musiqi pozur. Mosart şagirdi Züsmayerlə birgə rekviyem üzərindəişləyir. Hər gün musiqi daha az, səssizlik daha çoxdur. Ölümündən bir az əvvəlMosart müqəddəs Stefan kilsəsində kopelmeyster vəzifəsinə dəvət alıb. Eynizamanda Macarıstan və Amsterdamdan sərfəli sifarişlər də gəlib. Onun həyatındailk dəfə bir parça çörək axtarışından canını qurtarıb sakit yaşamaq imkanı var.Onun 36 yaşı hələ tamam olmayıb.

Arabir kəskinzarafatlarıyla və ən vacibi intedadını gizlədə bilməməsiylə Mosart ətrafındakılarınçoxunu düşməninə çevirmişdi. Hətta şagirdi Züsmayerin Konstansa ilə eşq macərasındandanışırdılar. Özünü bəstəkarlığa hazırlayan tələbənin yolunda Mosartın istedadıbir qaya kimi durmuşdu. Müəlliminə bənzəməyə o qədər çalışırdı ki, illər keçəndənsonra not yazısında qrafoloqlar nəyin Mosarta, nəyin Züsmayerə məxsus olmasınıayıra bilmədilər. Üstəlik, Mosartın paxıllığını çəkən bəstəkar Solyeri ilə əlaqəsaxlayaraq müəlliminin bütün sirrlərini ona açırdı. Solyerinin Mosartı zəhərləməsibarədə gəzən əfsanələrə baxmayaraq, sarayda daha məşhur olan bəstəkarın onu öz əliyləzəhərləməsi gülünc görünür. Amma bəzi bioqraflar Solyerinin ölümqabağı kilsədəyazılı etirafını əlində əsas tutaraq bu versiyada təkid edirlər. Rekviyeminsifarişçisi qraf Velzex Ştuppax civə yataqlarının sahibiydi. Solyeri vəZüsmayerin əlbirliyi ilə və bu qrafın məsləhətləriylə Mosartın civə ilə zəhərlənməsiversiyası hələ də dillərdən düşmür.

Otağın ortasındaklavisinin yanında tabut var: kobud taxtadan yonulub, taxtaların arasından dəliklərgörünür, qara rənglə səliqəsiz boyanıb. Mosart bu tabutdadı. Otaqda şam yanır.Şagirdi Züsmayer səhər tezdən qaçıb maestronun şamdanını sələmçidən alıb ki,otaqda işıq olsun. Kilsədə onu son mənzilə çox az adam yola salırdı. Nə orqançalır, nə də oxuyan var. Monoton latın kəlmələri fonunda kimsə ərini donuz kimidəfn edən Konstansanın dalıyca alıb-verir, kimsə evə gedib Mosartın əlyazmalarınıgizlətməyi düşünür. Çünki başa düşür ki, tezliklə onların qiyməti olmayacaq.

Konstansanı ovudarkəndostları fikir eləməməyi məsləhət görürdülər. O da bu məsləhətə həvəslə əməledir və fikri-zikri Mosarta görə təqaüd arxasınca qaçmaqdadı. Yüngül xasiyyətliolduğundan dahi insanla bir yerdə yaşadığını hiss eləməmişdi. Bunu ilk dəfəMosartın əsərlərinin nəşrindən aldığı qonorarın həcmini görəndə başa düşmüşdü.Bəstəkarın ölümündən sonra arvadı qapı-qapı gəzib yazıq dul qadın obrazınıoynamaqla indiki pula çevirəndə 5 milyon avro məbləğində qonorar toplayabilmişdi.

Mosartın ölümündən 18 il sonra Konstansa axır ki, qəbiristanlığagetməyi qərara alır. Dahi bəstəkarı basdırmış qoca artıq ölmüşdü. Lap sağolsaydı belə, ümumi qəbirdə Mosartın cəsədini tapmaq mümkün olmayacaqdı. Onagörə də bəşəriyyətin dahi musiqiçisinin qəbri insanlarçün açılmaz sirr olaraq hələdə qalır...

Ağasəlim Pünhanoğlu