Moskvadan TƏKLİF: Minsk qrupu format olunsun, Türkiyə-Rusiya-İranla əvəzlənsin
"ATƏT-in Minsk qrupu danışıqların əsas formatı olmalı deyil”.
Rusiyalı ekspert, Moskvada yerləşən Avrasiya İqtisadi İnstitutunun direktoru Vladimir Lepexin bu barədə açıqlama verib. Onun fikrincə, həmsədr ölkələrdən yalnız Rusiya münaqişənin həllində maraqlıdır.
"ATƏT-in Minsk qrupu danışıqların əsas formatı olmalı deyil. Çünki Rusiyadan başqa, orada heç bir ölkə münaqişənin həllində maraqlı deyil. Minsk qrupunun təklif etdiyi əsas təklif bölgəyə BMT və NATO-nun sülhməramlılarının yerləşdirilməsidir”.
Rusiyalı ekspert münaqişədə format dəyişikliyinin vacib olduğunu bildirib:
"Regionda baş verən dəyişiklikləri nəzərə alsaq, Türkiyə və İran özləri haqda önəmli mesajlar verdilər. Hazırda regional təhlükəsizlik İran, Türkiyə və Rusiyadan asılıdır. Ona görə münaqişənin həllini bu ölkələrin vasitəçiliyində görmək lazımdır. Türkiyə Azərbaycanla bağlı razılaşmaların, Rusiya isə Ermənistanla bağlı razılaşmaların təminatçıası olacaq”.(modern.az)
Digər Xəbərlər
05 May 2024 19:47
"Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
04 May 2024 22:54İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04