adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Yanvar 2019 12:48
17362
DÜNYA

MOSKVADAKI MƏSCİDİ SAXLAMAQ BİR SU İÇİMİDİ

Neçə vaxtdı mətbuatda oxuyuruq ki, Moskvada azərbaycanlılarınbir məscidi sahibi tərəfindən bağlanıb.Səbəb də odur ki, məscid kirayə pulunu ödəyə bilmir. Buna da həm ölkəmizdə,həm də Moskvada soydaşlarımız böyük təpgigöstəriblər. Sosial şəbəkələrdə azərbaycanlıları məscidin önünə etiraz nümayişinə çağırırlar. Və oxudum ki, minlərlə adam bu etiraznümayişinə dəstək verib.

İsveçrədə belə birqanun var. Bu ölkənin hər bir vətəndaşı hər ay öz maaşından kilsəyə müəyyənqədər pul ödəməlidirlər. Buna əməl etməyənlərinnəşi kilsədən götürülmür və dəfn mərasimindədə keşiş iştirak etmir. Yəni br növ urvatsız olur.

Moskvada təxminənbir milyon azərbaycanlı yaşayır. Onu qoydum kənara, o etiraz aksiyasına dəstək verən minlərlə adamhərəsi ayda bircə dollar həmin məscidin hesabına pul yatırtsalar, axunda hələ bir «Mersedes» də almaq olar.

Hələ mən Moskvada yaşayan azərbaycanlı milyarderlərdən danışmıram.Onları təbii ki, məscid yox, ölkəmizdə ara qarışdırmaq daha çox maraqlandırır.