adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
08 Oktyabr 2018 14:11
6123
HADİSƏ

Moskvada sərnişin təyyarələri toqquşub

Moskvanın Jukovski hava limanında iki sərnişin təyyarəsi dayanacaq yerinə hərəkət edərkən toqquşub.

Trend-in məlumatına görə, bunu TASS-a Moskva Regionlararası Nəqliyyat Prokurorluğundan deyiblər.

Təyyarələr "Ural Hava Yolları" və "İkar" aviaşirkətlərinə məxsus olub.

Hadisə nəticəsində zərərçəkən olmayıb, "Ural Hava Yolları" təyyarəsinin sol qanadaltısı və aeronaviqasiya fənəri sınıb.

Faktla bağlı araşdırma aparılır.