Moskvada koronavirusdan daha 27 nəfər ölüb
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 27 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 27 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 4 143 nəfərə çatıb. İyulun 11-nə olan məlumata görə, Moskvada 228,7 minə yaxın koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, paytaxtda 164 mindən çox xəstə sağalıb.
Digər Xəbərlər
04 May 2024 15:56
Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir
03 May 2024 16:07Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59