adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2015 17:28
2636
DÜNYA

MOSKVA İRƏVANI SEÇDİ

Ankara və İrəvan arasında qalan Rusiya seçimini etdi. Putin 24 apreldəkeçiriləcək qondarma erməni soyqırımının 100-cü ildönümü ilə bağlı mərasimlərıqatılmaq üçün İrəvana gedəcək.

Kremldən verilən məlumata ğörə, Rusiya prezidenti Putin Ermənistanprezidenti Serj Sarkisyanın dəvətinə müsbət cavab verib. Kremldən edilən açıqlamada o da bildirilibki, "Rusiya və Ermənistan liderləri keçirəcəkləri toplantıda, ikitərəfliəlaqələr, Avrasiya İqtisadi Birliyi ilə inteqrasiya, regional və qlobalməsələləri müzakirə edəcək".

Putinin İrəvanda FransaPrezidenti Fransua Ollandla da ikitərəfli görüş keçirməsi planlaşdırılır.Kremlin sözçüsü Dmitri Peskov da prezidentlərin görüşəcəyini təsdiq edib.Putin-Olland görüşündə Ukrayna böhranı, Mistral tipli döyüş gəmilərininRusiyaya təhvili və ikitərəfli əlaqələrin müzakirə olunması planlaşdırılır.

Türkiyənin 24 aprel dəvətinə gəlincə isə, Moskva Çanaqqala mərasimləriüçün protokolda dördüncü sırada olanDuma sədri Sergey Narışkini göndərəcək. Narışkin, Türkiyə Böyük MillətMəclisinin Sədri Cəmil Çiçəklə ötən həftə keçirdiyi görüşdə Çanaqqala zəfərininildönümünə özünün gələcəyini açıqlamışdı.

DUMA "SOYQIRIM” DEYƏCƏK?!

Rusiya Dumasının uydurma "soyqırım”labağlı 24 apreldə bir qərar verəcəyi iddia edilir. Hələ martın sonunda İrəvanasəfər edən Narışkin Putinin səfərinitəsdiq etmiş və Dumanın da tarixi hadisə ilə bağlı bəyanat qəbul edəcəyinibildirmişdi.

Onu da xatırladaq ki, Rusiyaparlamenti 14 aprel 1995-ci il və 22aprel 2005-ci ildə "erməni soyqırımı” ilə bağlı bəyanat qəbul etmişdi. TürkiyəXarici İşlər Nazirliyi da bu qərarı pisləyən bəyanat yaymış, bəyanatda"Türklərin və ermənilərin qarşılıqlı böyük ağrılarına səbəb olanhadisələrin təhrif edilərək bir soyqırım kimi təqdimi, üstəlik bunun BirinciDünya Müharibəsi zamanı baş verənləri ən yaxşı şəkildə xatırlamalı olan birölkə Parlamenti tərəfindən edilməsi başa düşülməyəndir" ifadələri yeralmışdı.

SƏRKİSYAN QIZIL MEYDANDA OLACAQ,ƏRDOĞAN HƏLƏ QƏRAR VERMƏYİB

Uydurma "soyqırım” tədbirlərindənsonra SSRİ-nin İkinci Dünya Müharibəsində nasist Almaniyasıüzərində qazandığı qələbənin 70-ciildönümü ilə baglı Rusiyada mərasimlər keçiriləcək. Rusiya üçün xüsusiəhəmiyyət kəsb edən bu tədbirlə əlaqədar Türkiyə və digər ölkələrə dəvətlərgöndərilib. Ermənistan prezidenti Serj Sarkisyan dəvətə qatılacağını bildirib.Kreml mənbələrinə görə, Türkiyə isə hələ qərarını verməyib. Türkiyə BöyükMillət Məclisinin sədri Cəmil Çiçək Moskvada verdiyi bəyanatda Prezidentsəviyyəsində dəvət aldıqlarını dilə gətirərək, yaxın zamanda bu dəvətə özmünasibətlərini bildirəcəklərini vurğulayıb.

Mehriban Cəfərova