Moldova prezidentinə ən bahalı hədiyyə Azərbaycandan olub
2024-cü ildə Moldova prezidenti Maya Sanduya ən bahalı hədiyyə qarabağlı sənətkarların əl işi olan xalça olub.
Adalet.az xəbər verir ki, Bu barədə IPN agentliyi yazıb.
Xalçanın qiyməti 17490 Moldova leyi təşkil edib. Hədiyyəni Prezidentə etimadnamənin təqdimetmə mərasimində Azərbaycan Respublikasının Moldovadakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyev təqdim edib.
Sandu üçün daha bir bahalı hədiyyə Cənubi Bessarabiyanın yepiskopu Veniamin tərəfindən Cahul yeparxiyasının mərkəzində hədiyyə edilən 9250 ley dəyərində ikon olub. Sanduya ləçəkləri açıq qızılgül olan şüşədən hazırlanmış suvenir də verilib. Əsər Fransanın Daum sənət fabriki tərəfindən hazırlanıb. Onu Sanduya Fransanın Xarici İşlər Naziri Ketrin Kolonna təqdim edib.
Moldova liderinə ən bahalı hədiyyələr arasında həmçinin alman istehsalçısı "Rombach & Haas" tərəfindən 5590 ley olan əl istehsalı olan sarkaçlı divar saatı da var. Hədiyyəni Sanduya Baden-Vürtemberq federal əyalətinin baş naziri Vinfrid Kretçman təqdim edib.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:51
Bessent: ABŞ və Çin süni intellekt məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəlib
21 Sentyabr 2026 07:20
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
21 Sentyabr 2026 07:16
İtaliyada niqab qadağan edilir
21 Sentyabr 2026 07:15


Bakı -°C

