Moldova parlamenti fövqəladə vəziyyət rejimini uzatdı: “Hibrid müharibənin elementləri ilə üzləşirik”

Moldova parlamenti Ukraynadakı vəziyyət fonunda ölkənin təhlükəsizliyinə təhdidlər səbəbindən ölkədə fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.
Bu barədə qərar hökumətin iclası zamanı qəbul edilib və iclas qanunverici orqanın mətbuat xidməti tərəfindən yayımlanıb.
“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət 4 iyun 2023-cü il tarixindən etibarən 60 gün müddətinə uzadılıb”, - deyə qərarda bildirilib.
Deputatlar qarşısında çıxış edən respublikanın Baş naziri Dorin Reçan Ukraynadakı vəziyyət və enerji sektorundakı qeyri-sabitliklə bağlı fövqəladə tədbirlərin zəruriliyini qeyd edib, həmçinin Rusiyanı Moldovada sabitliyi pozmağa cəhd etməkdə ittiham edib.
“Fövqəladə vəziyyətin uzadılması həm də ona görə lazımdır ki, biz sabitliyi pozmaq məqsədilə Rusiya tərəfindən bizə qarşı hibrid müharibənin elementləri ilə üzləşirik”, - deyə o vurğulayıb.
Digər Xəbərlər

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk

ABŞ Yəmənə hücumlara 1 milyard dollardan çox pul xərcləyib
