adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Yanvar 2018 15:34
32253
ŞOU-BİZNES

MÖHTƏŞƏM XATUN

Qədim türk dastanlarında, əfsanələrindəqadın heyranlıq doğuracaq qədər yüksək mərtəbəyə ucaldılmışdır. Həmindastanlarda qadın türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sırahaqlara görə xanların, xaqanların, döyüşçülərin önündə baş əydikləri bir şərəfabidəsidir, daim kişinin yanındadır, onun güc və ilham mənbəyidir. İlk türk sözabidələrindən olan "Bilgə Kağan kitabəsi"ndə xaqan belə söyləyir: -Sizlər, anam xatun, böyük analarım, xala və bibilərim, şahzadələrim..."

"Dədə Qorquddastanları"nın kişi qəhrəmanları ata minən, yaxşı qılınc vuran, yaxşıdöyüşən qadınlarla evlənmək istəyirlər. Necə ki, yenə "DədəQorqud"dakı "Bamsı Beyrək" boyunda olan Banu Çiçək buna bariz nümunədir. Dastanoxumaqla arası olmayanlar, əfsanələrə inanmayanlar elə türkkinematoqrafiyasının müasir incilərindən sayılan "Möhtəşəm yüz il","Xürrəm Sultan" filmlərinə baxmaqla bu həqiqətə inanarlar. Bu yazıdamüasirimiz olan, sənət cəbhəsində külüng vuran, istedadı və zəhmətsevərliyi sayəsindəxalqın gözündə ucalan bir Banudan, Sultandan, Şahzadədən, Xatundan sözaçacağam.

Xatun (Nərgiz Aydın qızı Əliyeva).Hamımızın yaxşı tanıdığımız, səhnə fəaliyyətinin 10 ili tamam olan, mahnılarıhitə çevrilmiş pop-müğənni. Bu gün Azərbaycanda "Əməkdar artist" fəxriadını daşıyan iki yüz xanəndənin, müğənninin çoxu ilə müqayisədə bu titula yiyələnməyidaha çox haqq etmiş sevilən sənətkar.

Bəli, o, xalq artisti olmasa da,xalqın artistidir. Həm də xoşbəxt Ana, bəxtiyar Bacıdır: Ali təhsilli oğlu Adilonun arxa-dayağıdır. Ona qol-qanad vermiş qardaşıstilist Balaşın maddi və mənəvi dəstəyi sənətdə uğur qazanmasında əhəmiyyətliamillərdən olub. Xatunla bağlı informasiyaları daim izləyən, pərəstişkarlarıolan oxucular bilirlər ki, müğənninin indi dostluq münasibətində olduğu keçmişhəyat yoldaşı da oğluna mənəvi dəstəyini əsirgəmir, Adilin həyatınınkulminasiya momentlərində xaricdən Azərbaycana gəlməyi vacib sayır.

Xatun həm də çox qədirşünas insandır. Uşaqlıqda musiqiməktəbində ona fortepiano dərsi keçən, səsinin olduğunu müşahidə edib oxumağıməsləhət görən müəllimlərinin, Konservatoriyada vokal təlimi aldığı Ofelyaxanımın, Mahirə xanımın, peşəkar səhnəyəgəlməsində böyük rol oynayan prodüser Rəhman Əliyevin, ona bələdçilik edib el şənliklərinə,toy-düyünlərə aparan, onunla tərəf müqabili olan sənətkarların - AğadadaşAğayevin, Sabir Əliyevin, Vasif Məhərrəmlinin və digərlərinin adlarını əlinədüşən hər fürsətdə, verdiyi müsahibələrdə minnətdarlıqla çəkir.

Efirdə şıltaq, dəcəl, zarafatcıltəsiri bağışlasa da, onu "tusovka”larda görmək olmaz. İçki məclisləri,"mafiya” oyunları onluq deyil. Adi, normal həyat yaşayır.Gözəlliyi ilə göz qamaşdıran, özünündediyi kimi, subay qızlardan da çox diqqət mərkəzində olan Xatun həmcinslərinəmünasibətdə çox xeyirxahdır: "Ən pis qadına da Allah yol açsın"deyir. Hərçənd, bu xeyirxah xasiyyəti, humanist xisləti heç də hamı tərəfindənadekvat dəyərləndirilmir. Hərdən haqsız yerə ona, qardaşı Balaşa sataşanlar datapılır. Olub ki, yeni mahnısına, klipinə qara yaxmağa çalışıblar. Məsələn,onun 2015-ci ildə "ayrılan sevgililərə" həsr etdiyi mahnısını birmənalıqarşılamayan, mənfi səmtə yozanlar oldu. Cəhdləri uğursuz alındı, çünki müğənnininsənətinə əsas qiyməti dinləyici, tamaşaçı verir.

Əlbəttə, həyatda daha böyük maneələriaşmağı, daha ağır çətinliklərə sinə gərməyi bacaran Xatun üçün belə xırda məsələlərproblem deyil. Necə ki, İncəsənət Universitetində oxumaq arzusunun baştutmaması, ali təhsilinə mane olan evliliyinin uğursuz alınması, çəkdirdiyi ilkklipinə qadağa qoyulması onu ruhdan salmamışdı. Sənətin keşməkeşli yolları iləirəlilədi, sorağı ölkəmizin hüdudlarını aşdı, səsi Türkiyədən, Rusiyadan,İsveçrədən gəldi, dünyaya yayıldı. Çoxşaxəli istedada malik Xatun aktrisa kimidə özünü uğurla sınadı - bir neçə seriala çəkildi, teleaparıcı kimi"Zarafat-zarafat" adlı axşam şou verilişi yaratdı.

Dayanmadan yaradıcılığında yenilikləretməyi qarşısına məqsəd qoyan, hər dəfə sevənlərini sözün yaxşı mənasında təəccübləndirməyibacaran Xatunun müstəsna qabiliyyətlərindən biri də parodiya etmək bacarığıdır.Doğrudur, tamaşaçılar tərəfindən alqışla qarşılanan bu məharəti bəzi həmkarlarındahərdən ötəri narazılıq yaratsa da, onu tez bağışlayırlar. Çünki sonradan sağlamdüşüncə ilə yanaşıb anlayırlar ki, Xatun əslində onları parodiya etməklə birnöv rəssam dili ilə desək, dostluq şarjlarını çəkib, özlərinə kənardan baxmaq,nöqsanlarını görmək və aradan qaldırmaq imkanı verib.

Xatun bu gün jurnalistlərin ən əlçatanhesab etdikləri müğənnidir. Nədən ki, onun şou aləminə yolunu qısaldan səbəblərdənbiri də məhz bir müddət məşğul olduğu jurnalistika olub. Bəlkə də ilk prodüseriRəhman müəllimin onun diksiyasını inkişaf etdirmək üçün uca səslə qəzetoxutdurması Xatunu bizim peşəyə meylləndirib. Jurnalistikadan söz düşəndə mədəniyyətyazarı kimi ilk dəfə korifey sənətkar Baloğlan Əşrəfovdan müsahibə almasınıözünün tale kitabının ən maraqlı səhifələrindən biri kimi xatırlayır Xatun:"O vaxt Nərgiz idim. Baloğlan Əşrəfov bəlkə indiyədək bilmir ki, ondanmüsahibə alan məhz mən Xatun olmuşam".

Kitabdan söz düşmüşkən, Xatun mütaliəniçox sevir, sözə, onun fəlsəfi tutumuna böyük dəyər verir. Repertuarına seçdiyimahnıların sözlərinə həssas yanaşır, deyir ki, hətta bəzən şairlərə ideyanı daözü verir. Etiraf edək ki, indi Azərbaycan şou aləmində Xatun kimi Füzuli,Nizami, Ramiz Rövşən, Rüstəm Behrudi, Paulo Kolye kimi söz fatehlərininyaradıcılığına bələd olan müğənnilərə rast gəlmək elə də asan deyildir.

Xatunun jurnalistlər üçün əlyetənolmasını təkcə onun KİV işçilərinə müsahibə verməyə həvəslə razılaşması ilə əlaqələndirməkdüzgün olmazdı. O, media mənsublarının səsinə hay verən, onların şad gününəsevinən, şənliklərinə qatılmağı vacib sayan, toy-düyünlərini güzəştlə, bəzən həttatəmənnasız aparan yeganə müğənnidir desək, yanılmarıq. Minnətdarlıq hissi iləqeyd edirəm ki, Xatun (bu adın, bu təxəllüsün yanına "xanım" sözünü əlavəetməyə lüzum yoxdur) bu sətirlərin müəllifinin də bircə ağız xahişi ilə, israragərək duymadan xeyir işinə təşrif buyurmuş, təmənnasız oxuyaraq məclisi rövnəqləndirmişdir.Məhz bu sadəliyi, təvazökarlığı, keçmişinə sayğılı münasibəti, gələcəyinənikbin baxışıdır Xatunu xalqın sevimlisinə çevirən. Deyir ki, ilk əvvəl özünə"Şahzadə", "Sultan", "Banu" təxəllüslərindənbirini götürmək istəyib. Amma dostlarının, səhv etmirəmsə, Gülşən adlı rəfiqəsinintəklifi ilə "Xatun"un üzərində dayanıb.

Bəli, cəmiyyətdə yüksək mövqe tutan,sözün həqiqi mənasında Kişi olan şəxsin başına tac olmağa layiq Türk qızının,Azəri qızının şərəfini, möhtəşəmliyini ifadə edən bu ünvanların, müraciətformalarının hamısı Sənə yaraşır, Xatun. Çünki Sən möhtəşəmsən!


CEYHUN