03 Iyun 2025 09:26
304
İDMAN

Modriç "Milan"a keçə bilər

"Real"dan ayrılan Luka Modriçə dünyanın bir çox klubundan maraq var.

Adalet.az xəbər verir ki, bu klublardan biri də "Milan"dır.

O, İtaliya nəhənginin Modriçlə danışıq apardığını bildirib.

Sentyabrda 40 yaşı tamam olacaq xorvatiyalı yarımmüdafi hələlik klub seçməyə tələsmir. 

Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da oynayırdı. Bu müddət ərzində o, klubla 28 kubok qazanıb. Luka komandanın heyətində 590 matçda 43 qol vurub və 95 məhsuldar ötürmə verib.