30 Avqust 2023 11:09
1187
ŞOU-BİZNES

Modelin bədəni cürüyür

Azərbaycanlı model Leyla Mirzəliyeva plastik əməliyyatların ağır fəsadları ilə üzləşib.

Adalet.az xəbər verir ki, sosial şəbəkədə model ağlayaraq bədənin çürüdüyünü bildirib. O, süni gelləri bədənindən çıxartmaq üçün 1 aya 9 dəfə əməliyyat etdirib. O,ağrıdığı üçün  canlı yayımda göz yaşları içində danşıb:

“Ağrılarım var. Artıq dözə bilmirəm. Dolğudan sonra bədənim çürüyür.Heç bir həkim kömək edə bilmir. Yenidən əməliyyat olmalıyam. Yaşam şansım 10/100%-dir. Mənə dua edin, xahiş edirəm. Kimin haqqına girmişəmsə, haqqınızı halal edin. Kimin xətrinə dəymişəmsə, üzr istəyirəm.”

Əntiqə