adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Noyabr 2023 11:05
11546
MÜSAHİBƏ

"Mixaylonun ölümündəki "Rəsulzadə" faktı, "KQB" izi, faşist qisası" - MÜSAHİBƏ

Bu gün – 2 noyabr Azərbaycanın qəhrəman oğlu, cəsarəti və ağlı ilə alman faşistlərinə qan udduran Mehdi Hüseynzadənin anım günüdür.

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. Atası Hənifə Hüseynov "Hümmət" təşkilatının üzvü olub, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi. Daha sonra o, Azərbaycan milisinin rəisi olmuş, ölkə ərazisində banditizmə qarşı mübarizə aparmış, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsinin müdiri olmuşdu. Erkən yaşda atasını itirən Mehdini əvvəl anası, sonra isə bibisi böyüdüb. Qəhrəmanımızın sonrakı taleyi ilə bağlı mövzumuza siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevlə birlikdə davam edirik.

- Zaur müəllim, Böyük Vətən müharibəsində xüsusi qəhrəmanlıqlar göstərmiş bu igid həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adını niyə məhz 1951-ci ildə layiq görüldü?Axı onun qəhrəmanlığı elə müharibə gedə-gedə dillər əzbəri olmuşdu.


- Əfsanəvi Mixaylonun haqqında çoxumuz bilirik. "Uzaq Sahillərdə" filmində bu qəhrəman barədə ətraflı məlumatlar verilib. Lakin onun öldürülməsi səhnəsi və onun müharibə illərindəki fəaliyyəti Sovet senzurası tərəfindən bilərəkdən gizlədilib. 1946-cı ildə Mehdi Hüseynzadə vətən xaini, cinayətkar kimi axtarılarkən, ona cinayət işi açılarkən artıq o dünyada yox idi. Bəs qəhrəmana niyə cinayət işi açılmışdı, onun ölümünə Sovet KKB-si niyə fərman vermişdi? Niyə öldürüldü Mixaylo?


- Burda mütləq bir rus barmağı, bir “KQB” əli var...


- Mehdi Hüseynzadə Stalinqrad uğrunda döyüşlərin birində əsir düşüb. O Avstriyanın Mauthauzen həbsxanasında saxlanırdı və bu həbsxanada əsirlər diri-diri yandırılırdı. Azərbaycan əsirləri həbsxanada olduğu müddətdə 160-cı alman diviziyasının komandiri, polkovnik İsrafilbəy İsrafilbəyov olub. Həmin vaxt Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginski Azərbaycan əsirləri ilə görüşürlər. Onlar Azərbaycan əsirlərini ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmağa səsləyiblər. Mehdi Hüseynzadə də bir qrup azərbaycanlı əsirlə birgə bu təklifi qəbul edir.

O, alman və italyan dillərini mükəmməl bildiyinə görə, Düdənginskinin səyi nəticəsində Cavad Həkimli ilə birgə xüsusi məktəbdə təhsil alır. Daha sonra Mehdi Hüseynzadə 162-ci piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Sovetlərə qarşı vuruşan Mixaylo döyuşlərin birində partizanlara əsir düşür. Partizanlar onu inandırıb öz tərəflərinə çəkə bilirlər. Əvəzində Bakıya qayıdacağına və üzərindən "xain" adının götürləcəyinə vəd verirlər. Sovet təhlükəsizlik orqanlarının məsul şəxsi onunla görüşmək üçün keçmiş İtaliyaya gəlir. Ona rəsmi bağışlanma kağızı verirlər.



- Mehdi bu dəfə almanlara qarşı partizan hərakatına qoşulur... Yəni məcbur edilir....”Uzaq sahillərdə” bir Anjelika da vardı... sevdiyi qız..


-Anjeli...Bu işdə həmin qızdan istifadə edirlər. Mixaylonun ürəyin əla almağı bacaran Anjeli müharibədən sonra Bakıya qayıdacaqlarını və onunla ailə quracağını deyir. Mehdi bir müddət almanların kabusuna çevrilir. Onun bu uğurlarını görən Sovet KKB-si Mehdiyə yeni tapşırıq verir: "Legioner ordusuna geri qayıtmaq və Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginskini öldürməyi tapşırırlar. Sovetlər hesab edirdi ki, əgər bu üç şəxs ölsə, Azərbaycanlı legionerlər alman ordusundan pərən düşəcəklər.


-Onu diri-diri yanmaqdan qurtaran şəxslərə qarşı?


-Bəli! Mixaylo bu əmrə tabe olmayacığını bildirir. O, bu üç şəxsə qarşı heç bir addım atmayacağını deyir. Sovetlər buna qarşı olaraq ona təyziq edirlər. Dostları deyir ki, onun ölümünə fətva verilib. Mixayloya içi italiyan pulları olan çanta verib gizlənməyi tapşırırlar. Onun yaxın dostu Sar (Vesilin) Mehdi ilə gəlib Vitovye kəndində 3 metrin 3 metrə olan anbarda gizlənirlər. Onların yerin partizan yoldaşı Andrey Komeldən başqa heç kim bilmirdi.

 


- Aydındır...


-Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovy kəndinə hücum edib və onlar “Mixaylo”nun axtarışına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sonrada məlum olur ki, məhz almanlara Mehdinin yerin sovetlər özü deyiblər. Guya almanlar onların danışığından bu yeri biliblər.Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən “Mixaylo” pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan “Mixaylo” kənddən çıxmağa müvəffəq olsa da, lakin çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. “Mixaylo” elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi Hüseynzadənin cəsədini 4 yaşlı bir qız tapır. Həmin qız Vitovli kəndindəki arxın kənarında cəsədi tapır və “Mixaylo”nu elə oradaca dəfn edirlər. Qız ifadəsində yazır ki, "Yolun kənarında kiçik bir su saxlancı vardı, "Mixaylo"nun başı həmin suyun içinə əyilmişdi, su qırmızımtıl rəngdəydi, yağış yağırdı və «Mixaylo»nun saçının boyasının rəngi çıxmışdı. O, almanlara oxşamaq üçün alman zabiti mundiri geyməkdən başqa həm də saçını boyayardı.


- Səhv etmirəmsə, Mehdinin cəsədi oradan çıxarılıb başqa yerə basdırılır...Buna bənzər bir söz eşitmişdim.


-Elədir...Üç gün sonra Cavad Həkimli “Mixaylo”nun cəsədini artıq burada saxlamağın mümkün olmadığını deyir və partizanlara almanların “Mixaylo”nun həlak olmasından xəbər tutduğunu deyir. Onlar “Mixaylo”nun cəsədini çıxarıb 30 kilometr kənarda yerləşən Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn edirlər. Həmin qəbiristanlıqda ən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır.
Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də vəfat edib. 

 

Onun qəbirüstü abidəsinin üzərinə “Mehdi Mixaylo” sözləri həkk olunub. Nəhayət, “Mixaylo” haqqında Balkan dövlətləri partizan hərakatı üzvlərinin çoxsaylı müraciətindən, yüzlərlə qəhrəmanlıq sənədlərinin təqdimatından sonra 1957-ci ilin aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir.


-Zaur müəllim , ətraflı məlumata görə, sizə təşəkkürümü bildirirəm. Oxucularımıza xatırladım ki, Mehdi Hüseynzadə 1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbə (sonradan 19 saylı orta məktəb olmuşdur) daxil olur. 1932-ci ildə isə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq məktəbinə qəbul edilir. 1936-cı ildə buranı bitirir. Onun diplom işinin mövzusu Qırmızı Ordu əsgərlərinin həyatı barədə idi və o bu rəsmini “Qırmızı Ordu əsgərləri düşərgələrdə” adlandırıb. Məktəbi bitirdikdən sonra Mehdi Suraxanıda ibtidai məktəblərdən birinə müəllim kimi göndərilib. O, burada bir neçə ay işləyib. Bununla yanaşı, o, Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri kimi də işləyib.

(Soldan sağa: Mehdi Hüseynzadə, Səid Rüstəmov və Mürsəl Nəcəfov, 1930-cu il)


22 iyun 1941-ci ildə Almaniya müharibə elan etmədən SSRİ-yə hücum etdi. Mehdi Hüseynzadənin ailəsi müharibə elanından Şüvəlandakı bağlarında xəbər tutdu. Kiçik bacısı Hürriyət Əzizbəyovanın xatirələrində deyilir ki, bibisi qardaşı oğlunu bağda qalmağa inandırmağa çalışırdı. Mehdi isə onun çiyinlərini qucaqlayaraq deyib ki, “Mən bağda qala bilmərəm. Birdən mənə hərbi komissarlıqdan çağırış gələr və mən evdə olmaram. Mən komsomol üzvüyəm. Mənim vəzifəm Vətəni müdafiə etməkdir”.


Bundan sonra o, hərbi çağırışı gözləmək üçün şəhərə gedir. Artıq 9 avqustda M.Hüseynzadə hərbiyə gedir. Qırmızı Ordu sıralarında olarkən K(b)P-ə qoşulur. Tiflis hərbi-piyada məktəbini bitirdikdən sonra, 1942-ci ildə Mehdi Hüseynzadəni cəhbəyə göndərirlər. Bu dövrdə şiddətli döyüşlər gedirdi. Minaatanlar tağımının komandiri vəzifəsində o, Stalinqrad döyüşündə iştirak edib.
1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşən Mehdi orada Cavad Həkimli və digərləri ilə bərabər Azərbaycan legionuna salındı.

Sizə təqdim etdiyimiz bu fotolar isə may ayında Sloveniya dövlət katibi Marko Ruscan Şempasdanın Azərbaycanın milli qəhrəmanı,  və sloven partizanı Mehdi Hüseynzadənin anadan olmasının 105-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində iştirakı zamanı çəkilib.

 Söhbətləşdi: Əntiqə Rəşid