adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Dekabr 2014 13:39
9583
ƏDƏBİYYAT

Mixaylo qəlbimizdədir

Bu günSovet İttifaqı Qəhrəmanı,  adı dillərdən düşməyən qəhrəman Azərbaycan oğlu MehdiHüseynzadənin doğum günüdür.

M.Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub, 1932-ciildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub, 1937-ci ildəLeninqradda Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıyaqayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirib.

Böyük VətənMüharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi orduya çağrılıb, 1942-ciilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq,almanlara əsir düşüb.

1943-cüilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindənqaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Qradnik adına 31-cidiviziyanın 9-cu qarışıq italyan-yuqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyatdəstəsini yaradıb. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasındaAdriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyatxəbərlərini toplayırdı.

Mixaylo ləqəbi ilə tanınan cəsur döyüşçünün qəhrəmanlığı saymaqla bitməz. O, faşistlərin olduğu onlarca dəmir və şosseyolları körpüsünü, binaları partladıb, Şimali İtaliyanın Udin səhərində 700 nəfəryerli partizan və Sovet əsirini əsarətdən qurtarıb. Yeni qərargahın göstərişinəəsasən alman hərbi paltarında təkbaşına faşist təyyarəmeydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıdıb. 

1944-cüil noyabrın 16-da Mehdi partizan birləşməsi qərargahının tapşırığıilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşistkeşikçiləri ilə üz-üzə gəlir. Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakindöyüşərkən ağır yaralanır, çoxlu qan itirərək həlak olur.Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanınbaşdaşı üzərinə aşağıdakı sözlər həkk olunub: "Rahat yat, Azərbaycanxalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadətdostlarının qəlbində daim yaşayacaqdır".

"Mixaylo”sənədli filminin rejissoru Tahir Əliyevin araşdırmalarınagörə,  "Uzaq sahillərdə” filmindən tamaşaçıya tanışolan Mehdinin dostu Visilinin əsl adı Sar olub. Mehdi onunla birgə əməliyyatdanqayıdırkən ikimərtəbəli evin çardağında gizlənirlər. Bu zaman xəbər gəlir ki,almanlar artıq Vitovli kəndinə hücum edib və onlar Mixaylonun axtarışınabaşlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sarçardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən Mixaylo pəncərədəntullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan Mixaylo kənddənçıxmağa müvəffəq olsa da, çoxlu qan itirdiyindən yoluna davam edə bilmir, elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapabilmirlər. Mehdi Hüseynzadənin cəsədini 12 yaşlı bir qız tapır. Mixaylonu elətapıldığı yerdə dəfn edirlər. Üç gün sonra almanlar xəbər tutduğundan onun nəşinin artıq buradasaxlamağın mümkün olmadığına görə, 30 kilometr kənarda yerləşənÇepovani kəndində qardaşlıq qəbiristanlığında dəfn ediblər. Həmin qəbiristanlıqdaən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır.

Mixaylonun qəhrəmanlığı inidilmadı. 1957-ciil aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətənmüharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığagörə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adıverildi.

Azərbaycanyazıçıları İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə"povestində Mehdi Hüseynzadənin bədii surətini onu bir daha xalqının qəlbindəucaltdı.

Bundanbaşqa sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş"Mixaylonun təkbaşına qisası” ("Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlikroman yazıb.