adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Aprel 2020 15:35
14073
SİYASƏT

Mixail Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsinə təklif edib.

Adalet.az-ın məlumatına görə, bunu M.Saakaşvili öz "Facebook” səhifəsində yazıb.

O, həmçinin baş nazir Denis Şmıqal ilə görüşdüyünü də deyib.

M.Saakaşvili Ukrayna Ali Radasına öz proqramını təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru və prezident Pyotr Poroşenkonun müşaviri işləyib.