“Mitsubishi” 161 min avtomobili geri çağırdı
Yaponiyanın "Mitsubishi Motors" avtomobil şirkəti Şimali Amerikadan və Kanadadan 161 min avtomobili geri çağırıb.
Bu barədə Adalet.az xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, avtomobillərin geri çağırılmasına mühərrikdə yaranan problem olub.
Geri çağırılan avtomobillər 2015-2017-ci illərdə istehsal olunan "Outlander" və "Lancer" modellərdir. Mühərriklərində problem olan avtomobillər əsasən ABŞ-da və Kanadada satılıb.
Şirkət mühərrikdə olan qüsuru ödənişsiz aradan qaldırmağı öhdəsinə götürüb.(modern.az)