adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2015 22:11
1734
MƏMLƏKƏT

Missionerlik fəaliyyəti ilə mübarizə mövzusunda tədbir keçirilib

Yanvarın 29-da Azərbaycan Respublkası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dini tolerantlıq mövzusunda maarifləndirmə tədbirlərinin davamı olaraq "Azərbaycanda missionerlik fəaliyyəti ilə mübarizə metodları” mövzusunda növbəti tədbir keçirilib. 


Adalet.az-ın məlumatına görə, tədbirdə iştirak edən DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkonik-leytenantı Hikmət Eyvazov bütün səmavi dinlərin əsasını sülh və ədalət prinsiplərinin təşkil etdiyini, tolerantlığın gündən-günə möhkəmlənən ölkəmizdə bu sahədə maarifləndirmə işinin, milli və dini münasibətləri tənzimləyən qanunların tələblərinin həyata keçirilməsi istiqamətində digər dövlət, hüquq-mühafizə orqanları kimi DİN tərəfindən də müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizənin aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkli, gücləndirilməsi və genişləndirilməsində tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq hər kəs vətəndaş mövqeyini nümayiş etdirməlidir.