adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Avqust 2017 12:27
21385
GÜNDƏM

Misirdə Qafqaz Albaniyası haqda qədim mətnlər tapıldı

Erkən Əlyazmalar Elektron Kitabxanası (Early Manuscripts Electronic Library) təşkilatı Misirin Sinay yarımadasındakı Müqəddəs Yelena monastrında alban dilində olan qədim mətnlər aşkarlayıb.

Adalet.az xəbər verir ki, tapılan əlyazmalar 1300 il əvvələ aid olub. Ölmüş buzov dərisi üzərində yazılan mətn digər orta əsr mətninin altında gizlədilib. Keşişlər limon suyu və digər vasitələrlə alban dilindəki mətni pozmağa müvəffəq olublar. Lakin müasir texnologiyalardan istifadə edən təşkilat pozulmuş mətni yenidən aşkar edə bilib. Ən təəssüf doğuran məqam alban dilinin artıq yox olması ucbatından bu mətnin oxuna bilməyəcəyidir.

Alban mətninin olduğu dəridə həmçinin Hippokrata aid resept də aşkarlanıb. Bu resepti isə tam bərpa etmək mümkün olmayıb.