adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Iyun 2018 15:38
12040
MƏDƏNİYYƏT

Misin dilini öyrənib misgərlik sənəti nümunələri yaradan Eyvazov qardaşları...

Eyvazov qardaşlarının Bakıdakıemalatxanalarında sözün əsl mənasında gözəl, zərif sənət inciləri yaranır.Keçəndəfə Eyvazov qardaşlarının böyüyü haqqında fikirlərimizi sizinlə bölüşmüşdüm,bu dəfə isə o biri qardaşlarının faəliyyətinə toxunmaq istəyirəm.

Bildiyiniz kimi rəhbərlik etdiyiminYeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlıtədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bugünkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər birinformasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıcmisgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətingözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əlişləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarınısevindirsin.

Böyük qardaşları Zahid Eyvazovun emalatxanası ilə qonşuluqdayerləşən emalatxanalar onun qardaşları Zakir və Mehman Eyvazovlara məxsusdur.

Misgər usta Mehmanın bildirdiyinə görə, busənətində 12 dəzgahdan istifadə olunur ki, hərəsinin də bir-iki zindanı, çəkicivar. "Yaxşı usta gərək gələn əşyaya baxan kimi hansı dəzgahla işləyəcəyinidəqiq bilsin”.

Usta qeyd etdi ki, bu gün mis qabalara təlabatolmadığından onları düzəltməyə həvəsləri olmur. "Əvvəllər biz özümüz də misqablar düzəldik. Lakin sonradan tələbat olmadığına görə bu işdən əl çəkdik.Hazırda əsasən təmir-bərpa işləri ilə məşğul oluruq. Çəkiclə, zindanla, odlaişləyirik. Bu da təbii ki, çətindir. Bir dəfə samovar gətirmişdilər, mən dəfikir verməmişəm, sən demə borusunun içərisində dezodorant qalıbmış. Elə təzəcəisitmişdim ki, samovar partladı. Əlim parça-parça oldu. Bir əlimin üstünü eləbil yerdən yığıdılar. O vaxtdan çalışıram ehtiyatlı olum”.

Ustalar deyirlər ki, adətən misgərlik sənətimövsümlə bağlı olur. İndi gördüyümüz müştərini ancaq ilin 3 ayı müşahidə etməkolur. Qalan vaxtlar isə demək olar ki, qapıları bağlayırlar. Söhbət qazancdandüşmüşkən ortancıl qardaş, Zakir Eyvazov dedi ki, buradan əldə etdiklərigəlirlə güzəran keçirirlər:”Buradan əldə etdiyimiz qazancla ailənidolandırırıq. Düzdür, işimiz yaydan-yaya olur, artıq sentyabrdan yanımıza gələnolmur. Yenə də, Allah sənətə bərəkət versin! Mən əvvəllər təzə bazarda alvereləmişəm. Əlimizə nə qədər pul gəlib gedib, heç bərəkəti olmayıb. Amma busənətdən ev-eşik qura bilmişik..."

Emalatxanada qab-qacağın qalaylanması o qədər dəçox vaxt aparmır. Eləsi var 1, eləsi var 3 gün. Doğrudur, aylarla da çəkənişləri də olur. Amma bu təcili olmayan, müştəri üçün hazır olma vaxtınınəhəmiyyəti olmayan işlərdir.

Lahıclı ustaların müştəriləri isə təkcə bakılılardeyil. Onlara ölkənin müxtəlif rayonlarından, ən çox Şamaxıdan, Naxçıvandanqab-qacaq gətirən müştərilər var. Müştəriləri arasında isə çoxlu tanınmışşəxslər, dövlət adamları olur”.

Misgərlər bildirdilər ki, onlar vergidən azad olunublar və onlar bunu böyük razılıqlaqarşılayırlar. Usta Zakir dedi ki, mərhum prezident Heydər Əliyev 12 sənəti, ocümlədən, misgərliyi vergidən azad edib:”Bu da ustaların işini bir qədəryüngülləşdirib. Amma materialların bahalığı bizi çətin vəziyyətdə qoyur. Vaxtilə10 manata aldığımız qalayın kiloqramıindi 70 manat olub. Lakin onlar müştəriləri qaçırmamaq üçün zəhmət haqlarınıartırmayıblar”.

Müştərilərinsənətkarlara əmanət etdikləri əşyaların qiyməti ilə də maraqlandıq. Məlum olduki, ustanın hazırda düzəltdiyi samovarların müxtəlif qiymətləri var. Hətta onlar arasında 5 min manat qiyməti olanlarda var. " Yanındakı iri, sarı metaldan olan samovarın isə nə az, nə çox 10 minmanat dəyərindədir. Əşyanın əntiq və ya təzə olması onun təmir qiymətinə təsireləmir”-deyə o bildirdi.

Misgərlərdəntələbələrinin olub-olmaması ilə də maraqlandıq. Onlar hələ də az da olsa, busənəti öyrənmək istəyənlərin olduğunu dedilər. Lakin Eyvazovlarda misgərliknəsildən-nəslə keçən ənənədir. Hazırda bu sənəti onların övladları davametdirir. Mehman usta deyir k, bacısı oğlu 16 ildir onunla bərabər bu sənətləməşğuldur:”

Bubizim ailə ənənəmizdir, genetikdir, onu nəsildən nəslə ötürmək borcumuzdur. Biz bu sənəti atamızdan öyrənmişik. O bizə birata əmanətidir. Ona görə də hər zaman onu yaşatmağa borcluyuq”.

Usta Mehman müştərilərin təlabatına gəlincə deyirki, bu gün tələbat daha çox mis samovarlaraolur:”Onun hazırlanması qışda çətinlik yaratsa da, yayda zövq verir. Biz hazırda da sənətin görünməyən incəlikləriniöyrənmək həmişə atamızın tövsiyələrindənbəhrələnmişik.Nəsildən-nəsilə keçən misgərliyi yaşatmaq üçün bu gün isəövladlarına bu sənətin sirlərini öyrədirik”.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur