Mirzoyan Brüsseldə Ceyhun Bayramovla görüşməyəcək

"Azərbaycanın xarici işlər naziri Bayramovla danışıqlar və ya görüş nəzərdə tutulmayıb"
Adalet.az xəbər verir ki, Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşməyəcək.
Ararat Mirzoyan dekabrın 11-12-də Brüsseldə işgüzar səfərdə olacaq və o, dekabrın 11-də keçiriləcək Aİ Xarici Əlaqələr Şurasının iclasına dəvət olunacaq.
Həmin gün Ermənistan XİN rəhbəri həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.
İkitərəfli görüşlər də planlaşdırılır.