adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Dekabr 2012 12:38
3566
ƏDƏBİYYAT

Mirzə Abcabbarın sərgüzəştləri

İlhamAbbasov,

hüquqşünas,

Azərbaycan

Jurnalistlər

Birliyininüzvü

Onunəsl adı Mirzə Əbdülcabbar idi. Lakin şəkililər onu Mirzə Abcabbar kimi tanıyır,onu belə də çağırırdılar.

MirzəƏbdülcabbarın konkret peşəsi də yox idi. Böyüklərimizin dediyinə görə əvvəllərmədrəsə təhsili almışdı, gözəl səsi vardı, bir sözlə, ərəb əlifbası ilə,həmçinin latın qrafikası ilə yazıb-oxumağı da bacarırdı.

Birmüddət Mirzə Əbdülcabbar aktyorluqla da məşğul olmuşdu. "Yenilməzbatalyon" filmində ŞəkidəBöyük karvansaranın həyətində çəkilmiş fındıq-qoz doldurulmuş çuvallarıarabalara yükləyən fəhlələrin böyüyü rolunda, məhz Mirzə Əbdülcabbarçəkilmişdi.

MirzəƏbdülcabbar xasiyyətcə çox baməzə və hazırcavab insan idi. Onun hazırcavabolması barədə aşağıdakı baməzə söhbətlərbu gün də Şəki əhli arasında dolaşmaqdadı.

***

MirzəƏbdülcabbarın cavanlıq əyamları idi. Günlərin birində anası xəstələnir vəyataqdan qalxmır. Anası Mirzə Əbdülcabbara deyir ki, bala mən xəstəyəm,həyətdəki toyuq-cücəni bir farağatda, yəni demək istəyir ki, toyuq-cücələriyemlə, suyunu ver.

Adətən,həyətdə olan toyuq-cücələrə səhər-səhər eyni vaxtda yem verildiyinə görə gününhəmin vaxtında da toyuq-cücədə şərti refleks yaranır, toyuq-cücələr həmin vaxtısəs-küy salırlar. Bilirlər ki, sahibləri bunları yemləyəcəkdir.

MirzəƏbdülcabbar anasına baş üstə deyib, həyətə çıxır və bir müddətdən sonra evəqayıdıb, anasına deyir:

-Ana, bütün toyuq-cücələri farağatladım.

Doğurdanda, artıq toyuq-cücənin səsi gəlmirmiş, anası da hesab edirmiş ki, oğlutoyuq-cücəni yemləyib, ona görə səsləri gəlmir. Mirzə Əbdülcabbarın anasısəhəri hiss edir ki, toyuq-cücənin səsi gəlmir. Öz-özünə fikirləşir ki,görəsən, toyuq-cücəyə nə olmuşdu. Axı hər gün eyni vaxtda toyuq-cücə həmişəolduğu kimi səs çıxardırdılar. Mirzə Əbdülcabbarın anası eləmir tənbəllik,durub çıxır həyətə və görür ki, bütün toyuq-cücələrin başı kəsilib, sıra iləyan-yana düzülüb.

AnasıMirzə Əbdülcabbara deyir:

-Ay bala, sən mənim başıma nə oyun açırsan? Toyuq-cücələrin başını niyəkəsmisən?

MirzəƏbdülcabbar cavabında deyir:

-Ay ana, toyuq-cücə səs-küy salırdı, sən də xəstə adamsan, dedin ki,toyuq-cücəni farağatlayım, səni narahat etməsinlər. Mən də bunların başlarınıkəsdim ki, səsləri birdəfəlik çıxmasın, səni də narahat etməsinlər, axı xəstəadamsan...

***

MirzəƏbdülcabbar cavanlığında spirtli içkilərə meylli olub. Bir müddət o, spirtliiçkiləri içməyi tərgidir. Həmin dövrdə Mirzə Əbdülcabbar mömün adam kimi kəbinkəsməklə də məşğul olur.

Günlərinbirində o, bir məclisdə kəbin kəsmə mərasimi yenicə qurtarır və o, xeyir-duaverir. Necə olursa, həmin məclisə şəhərin Axundu da gəlib çıxır. Adətən dinikəbini mömün adamlar kəsə bilərdi. Şəhərin Axundu Mirzə Əbdülcabbarın kəbinkəsməsinin şahidi olub, rişxəndlə ona deyir:

-Mirzə, xeyir olsun, indi də kəbin kəsirsən?! Mən bilmirəm, sən kəsən kəbindənəmələ gələn uşaq necə olacaq?!

Axundbununla da Mirzə Əbdülcabbarın əvvəllər spirtli içki aludəçisi olmağına işarəvurur.

MirzəƏbdülcabbar tez özünü itirmədən cavab verir:

-Axund Ağa sağ olsun, siz kəsən kəbindən mən olmuşam, mən kəsən kəbindən isəAllah bilir kim olacaq.

***

Günlərinbirində Mirzə Əbdülcabbar o qədər spirtli içki içir ki, artıq ayaq üstə dayanabilmir və yolun qırağındakı xəndəyə yıxılıb yatır.

MirzəƏbdülcabbarın bu vəziyyətini görən milis nəfəri onun yıxıldığı yerə yaxınlaşıbdeyir:

-Vətəndaş, bu nə vəziyyətdir, yoldankeçən insanlar var, buradan qadın-uşaq keçir, onlar sənin bu vəziyyətini görübnə düşünüb və nə deyərlər. Vətəndaş, ona görə də qalxın ayağa, mənimlə milisşöbəsinə (indiki polis şöbəsinə-İ.A.) getməliyik.

MirzəƏbdülcabbar başını yerdən qaldırıb, milis nəfərinə deyir:

-Ay yoldaş milis, gedə bilsəm elə evimə gedərəm. A zalım oğlu, daha mənimmilisdə nə işim var?..

***

Birmüddət Mirzə Əbdülcabbar doktor Mirqasım Ocaqovun (Azərbaycan RespublikasınınXalq artisti, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, keçmiş SSRİvə keçmiş Azərbaycan SSR Dövlət mükafatları laureatı, məşhur kino xadimi mərhumRasim Ocaqovun atası-İ.A.) evi üçün bazarlıq edirmiş. Doktor Ocaqov hiss edirki, son vaxtlar Mirzə Əbdülcabbar bazarlıq etmək üçün verilən pulunhaqq-hesabını verərkən qeyri-səmimliyə yol verir, bazarlığın pulunu ondan ikiqat alır. Məsələn, son vaxtlar Mirzə Əbdülcabbar aldığı pul hesabatını verərkəngöy-göyərti, kartof-soğan, mer-meyvə və s. bu kimi qeyri-dəqiq ifadələriişlədir, hesabat verərkən, qeyri-səmimiliyə yol verir, açığını desək,bazarlığın pulunu şişirdərək qiymət fərqini özü üçün götürür. Doktor Ocaqovartıq qəti başa düşür ki, Mirzə Əbdülcabbar aldığı pulun hesabatını düz vermir,başqa sözlə, haqq-hesabda onu aldadır.Ona görə də axırda doktor Ocaqov Mirzə Əbdülcabbara qəti deyir:

-YoxMirzə, bu cür bazarlıq mənə əl vermir. Daha sənin bazarlıq etməyin bizə lazımdeyil.

MirzəƏbdülcabbar doktor Ocaqovdan bir növ narazı qalır.

Qarşıdanisə soyuq qarlı dekabr ayı gəlir. Birhüzr məclisində doktor Ocaqov Mirzə Əbdülcabbarla qarşılaşır. Hava soyuqolduğundan paltosuz olan MirzəƏbdülcabbar sanki doktor Ocaqova özünü incimiş kimi göstərir. Doktor Ocaqovgörür ki, hava soyuq, qar yağır, Mirzə Əbdülcabbar isə paltosuz, ona görə də MirzəƏbdülcabbarı yanına çağırıb deyir:

-Mirzə, görürəm, paltosuzsan, get bizə, doktora (həyat yoldaşı Samiyəxanım-İ.A.) de ki, mənim evdə olan köhnə paltomu versin sənə, dərziyə verçevirtdir, həmçinin sənin ölçünə uyğunlaşdırsın, geyin, qışı başa vur.

Onuda deyim ki, doktor Mirqasım Ocaqovun da həyat yoldaşı Samiyə xanım da həkimidi. O, həkim-genekoloq idi. Ər-arvad Şəkinin ilk həkimlərindən olmaqla, çoxmehriban ər-arvad idilər. Doktor Mirqasım Ocaqov isə həkim-terapevt idi. Hərikisinin Şəkidə böyük nüfuzları vardı: həm həkim kimi, həm də bir insan kimi.Hər ikisi də respublikanın Əməkdarhəkimi adına layiq görülmüşdülər.

İkinciCahan müharibəsi qurtaran vaxtlar idi. Bütün ölkədə olduğu kimi, mağazalardageyim paltarları və müxtəlif çeşidli parçaların qıtlığı hiss edilirdi. Ona görədə dərzilər köhnə kostyumları və ya başqa geyim paltarlarını çevirir, başqasözlə, kostyumun və ya başqa geyim paltarlarının iç üzünü çevirir, bununla da,bir növ, yeni kostyum alınırdı. Bu əməliyyata isə dərzilər çevirmək adınıvermişdilər.

MirzəƏbdülcabbar ona görə də dərhal doktor Ocaqovgilə gedir, salamlaşdıqdan sonraSamiyə xanıma deyir ki, məni doktor Ocaqov göndərib, deyib ki, köhnə paltosunumənə verəsiniz, aparım dərziyə, çevirtdirib, ölçüsünü uyğunlaşdırıb qışdageyinim. Samiyə xanım da doktor Mirqasım Ocaqovun evdə olan köhnə paltosunuMirzə Əbdülcabbara verir.

MirzəƏbdülcabbar paltonu şəhərdə tanınmış bir dərziyə aparır və xahiş edir ki,paltonu çevirsin, özünün ölçüsünə uyğunlaşdırsın. Dərzi paltonu görən kimideyir ki, bu doktor Ocaqovun paltosu olar. Mirzə Əbdülcabbar cavab verir:

-Düzdür, bu palto doktor Ocaqovun köhnə paltosudur, mənə verib ki, onuçevirtdirib, öz ölçümə uyğunlaşdırıb geyinim.

Ustarazılaşır, Mirzə Abcabbarın ölçülərini götürür və deyir ki, on gündən sonra gəlpaltonu götür.

Onuda deyim ki, dərzi də vaxtilə, Mirzə Abcabbarın doktor Ocaqovgilin bazarlığınıetməsini bilirmiş.

MirzəƏbdülcabbar dərzi ilə xudahafizləşərkən, işin qiymətini də soruşur. Dərzibildirir ki, çevirtdirmək, ölçüyə uyğunlaşdırmağın xərci yüz manat edir.

MirzəƏbdülcabbar dərzi ilə xudahafizləşib gedir və doktor Ocaqova deyir ki, dərziondan bu iş üçün iki yüz manat istəyib. Doktor Ocaqov çox təəccüblənir,dərzinin iki yüz manat istəməsinə bir növ narazı qalır. Lakin köhnə paltosununMirzə Əbdülcabbara verəcəyini və dərziyətəmir pulunun da özü verəcəyini öhdəsinə götürməsini nəzərə alaraq, ona bir sözdemir və iki yüz manatı çıxardıb Mirzə Əbdülcabbara verir.

Ongündən sonra Mirzə Əbdülcabbar dərzinin yanına gəlir və yüz manatı dərziyəverir, doktor Ocaqovun verdiyi paltonu dərzidən götürərək, geyinir, qışı başavurur.

Günlərinbirində doktor Ocaqov toy mərasimlərinin birində həmin dərzi ilə görüşür,dərzinin paltonu çevrilməsi və Mirzə Əbdülcabbarın ölçüsünə uyğunlaşdırmasınagörə iki yüz manata zəhmət haqqı almasını dərziyə irad tutur. Dərzi deyir:

-Doktor, ayıb deyil, siz şəhərimizin hörmətli, sayılıb-seçilənadamlarındansınız. Paltonu görən kimi tanıdım. Dedim ki, bu palto doktorunpaltosudur. Mən Mirzə Əbdülcabbardan cəmi yüz manat zəhmət haqqı istəmişəm, oda mənə yüz manat verib, özü də deyib ki, dərzi pulunu da doktor özü verib.

DoktorOcaqov bu söhbətdən başa düşür ki, Mirzə Əbdülcabbar etibardan sui-istifadəedərək, dərzinin yüz manat istəməsi əvəzinə ondan iki yüz manat istəyib, lakinyüz manatını dərziyə verib, yüz manatını isə özü xərcləyib.

Buhadisədən az keçmiş doktor Ocaqov məclislərin birində Mirzə Əbdülcabbara rastgəlir və ona deyir:

-Yaxşı Mirzə, ayıb deyil, dərzi öz paltomu çevirtdirib, ölçünə uyğunlaşdırmasıüçün səndən yüz manat istəyir, sən isə məndən iki yüz manat alıb, yüz manatınıdərziyə verirsən, yüz manatını isə özün üçün xərcləyirsən. Mənə də yalandanışırsan.

MirzəƏbdülcabbar özünü itirmədən deyir:

-Ay doktor, yəni deyirsən, bu tranzit alverdən mənim yüz manat da qazancımolmasın?..

***

Şəkidəşəhərin bir neçə yerində qəbiristanlıq vardır. Ona görə də adam öləndə onuməhəllənin yaxınlığındakı qəbiristanlıqda dəfn edirlər. Qəbiristanlıqlarınbəziləri şəhərin dağlıq hissəsində yerləşir. Həmin qəbiristanlıqların bəziləridaş divarla əhatə olunsa da, dağlıq yerlərdə mövcud qəbiristanlıqların yolayaxın tərəfində, bir qayda olaraq, dəmir məhəccər olur ki, yaxınlıqda otlamaqüçün buraxılan mal-qara qəbiristanlığa daxil olmasın. Lakin dəfn mərasimindəadamların girişini asanlaşdırmaq üçün dəmir məhəccərin bir neçə yerində eləməhəccərin öz materialından da qapı qoyulur.

Günlərinbirində Bacıoğlu Yusif rəhmətə gedir. Onu şəhərin kənarında dağlıq hissədəyerləşən qəbiristanlıqda dəfn etməli olurlar. "Bacıoğlu"onun ləqəbi idi. Bacıoğlu Yusif də sağlığında zarafatcıl adam olub.

Həminvaxt payız ayları olmaqla, havalar artıqsoyuq keçirdi.

Dəfnmərasimində Mirzə Əbdülcabbar da iştirak edir və mərhuma yaxın adam kimi qəbrinyaxınında olur.

Buzaman, əvvəl dediyim kimi, adamların qəbiristanlığa girişini asanlaşdırmaqməqsədilə məhəccərdən düzəldilmiş qapıların ikisi də açıq olur.

MollaQuran ayəsini oxuyub qurtarır. Mərasimdə iştirak edən mərhumun yaxınları meyitiqəbrə qoymaq üçün mollanın göstərişini gözləyirlər. Bu zaman, təbii ki,qəbiristanlıqda sakitlik olur. Ona görə də Mirzə Əbdülcabbarın yaxınlığındakıcavan bir adama dediyi sözləri oraya toplaşmış adamların çoxu eşidir.

MirzəƏbdülcabbar yaxınlığında olan cavan bir oğlana deyir:

-Ay bala, get, yuxarıdakı məhəccər qapını ört.

Həmincavan oğlan da bunun səbəbini soruşmadan gedib qapını örtür. Bu zaman daha birbaməzə adam Mirzə Əbdülcabbardan soruşur ki, o məhəccər qapını örtməsini niyəcavan oğlana dedi.

MirzəƏbdülcabbar başqalarının da eşidəcəyi tərzdə deyir:

-Ə görmürsən, Bacıoğlu Yusifə "skvazniyak"dadır(skvazniyak-otaqda bir-birinin qarşısında olan açıq yerlərdən gəlib keçənkəskin hava, yel-İ.A.). Sonra bunun xətası çıxar...

XanŞuşinski Fondu ilk layihəsinə başladı

XanŞuşinski Fondu ilk layihəsinə başlayıb. Fondun prezidenti, ustadın qızıBəyimxanım Verdiyeva Lent.az-a açıqlamasında bildirib ki, Prezident yanındaQHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən "Azərbaycanmusiqisinin dünəni, bu günü və sabahı"adlı diskussiya keçirilib. İctimai Televiziyada aparılan diskussiyada ölkənintanınmış sənətkarları fikir səsləndiriblər. Xalq artistləri Arif Babayev,Əlibababa Məmmədov, Mənsum İbrahimov, Samir Cəfərov və digərləri Azərbaycanmusiqisinin tarixi inkişafından söhbət açıblar. Fondun prezidenti bildirib ki,qarşıda daha bir neçə layihələrin həyata keçirilməsi planlaşdırılır.

BəyimxanımVerdiyeva deyib ki, yaxın günlərdə Xan Şuşinskinin saytı yaradılacaq: "Rabitəvə informasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Xan Şuşinski adına saytyaradılacaq. Sayt Azərbaycan dili ilə yanaşı, bir neçə xarici dildə dəfəaliyyət göstərəcək. Məqsədimiz Qarabağın əsasını qoymuş Cavanşirlərsülaləsindən olan, böyük ustadların ona verdikləri Xan adını öz şəxsiyyəti,sənəti ilə daim yaşadaraq, zəngin yaradıcılığı ilə Azərbaycan musiqisinəmisilsiz xidmətlər göstərən Xan Şuşinskini gələcək nəsillərə tanıtmaqdır. Fondayığılan vəsait Xan Şuşinskinin yaradıcılığını öyrənmək və təbliğ etmək,istedadlı muğam ifaçılarına dəstək vermək, muğamın yayılmasına və inkişafınayardım etmək, xalq musiqisinə aid festivallar və tədbirlər keçirmək və sairəlayihələrə sərf ediləcək".

Qeyd edək ki, fondun təsisçiləri Gəncə DövlətFilarmoniyasının bədii rəhbəri Fikrət Verdiyev və Milli Konservatoriyanın,Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin pedaqoqu Məryəmxanım Hüseynovadır.Fondun açılış mərasimi gələn ilin martında Xan Şuşinskinin anım günü ərəfəsindəolacaq.