Mirmahmud Mirəlioğluna ağır itki
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib.
Mirəlioğlunun bacısı oğlu vəfat edib.
Bu barədə KXCP sədr müavini Xəzər Teyyublu xəbər verib. Onun sözlərinə görə, 11- ci sinif şagirdi olan Ümid qəflətən dünyasını dəyişib. "Ümüd sağlam, bacarıqlı və oxuyan uşaq olub. Onun qəfil vəfatı qohumlar üçündə qaranlıq qalır. Mərhumun nədən öldüyü bəlli deyil. Ümid doğulduğu Masallı rayonunda dəfn ediləcək".
Yeniyetmə bu il orta məktəbdən məzun olub. O, ali məktəbə daxil olmağa hazırlaşırdı.
Xəzər Teyyublu
Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil. Onun üç övladı erkən həyatdan köçüblər. İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.
Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib. 2012-ci ildə isə Mirəlioğlunun qızı qəflətən dünyasını dəyişib. Partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, gənc qadın evdə keçinib. Fəttayeva ailəli olub və Məhəmmədəmin adlı bir oğlu ondan yadigar qalıb.
Allah rəhmət eləsin!
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01