Miqrasiya Xidməti 2 rayonda səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Göyçay və İsmayıllı rayonlarında növbəti səyyar xidmət təşkil olunub.
DMX-dan verilən xəbərə görə, səyyar xidmətin imkanlarından 8 şəxs istifadə edib. Onlardan 4 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və 1 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair arayış, 2 nəfərə Azərbaycan vətəndaşlığına qəbul və 1 nəfərə daimi yaşamaq üçün icazəsinin verilməsi ilə bağlı tələb olunan sənədlərin adlı siyahıları təqdim olunub.
Onlar göstərilən qayğı və diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər. Səyyar xidmətin təşkil edilməsinin əsas məqsədi ucqar kəndlərdə yaşayan, sosial və sağlamlıq imkanlarına görə bilavasitə regional miqrasiya idarəsinə müraciət etməkdə çətinlik çəkən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyət istiqamətinə uyğun olaraq müraciətlərinin qəbulunu və cavablandırılmasını həyata keçirməkdir.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01