adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2014 15:50
5632
SİYASƏT

“Minsk Qrupu aftonom səlahiyyətlər əldə edib”

"Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasınınprezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətininin Azərbaycanasəfərini uğurlu hesab edirəm”. Bu fikirləri millət vəkili Zahid Orucdeyib. 

Millət vəkili bildiribki, belə bir mötəbər qurumun rəhbərinin Azərbaycan gəlməsi və gələcək dönəmüçün əlaqələrin müəyyənləşdirməsi hər iki tərəfin maraqlarına cavab verir:"Görüşlərdə əlaqələrin ümumi vəziyyəti, həmin təsisatın ölkəmizdəkiictimai-siyasi proseslərə, o cümlədən hüquqi islahatlara və digər məsələlərəmünasibətlər bildirildi. Məhz bu nöqtədən yanaşanda əməkdaşlığın vəziyyətiyüksək qiymətləndirilməlidir”.  

Z.Oruc hesab edir ki,həmin təşkilatın müxtəlif təsisatlarını, daxilindəki hər hansı strukturlarıtənqid etmək olar və lazımdır: "Sanki, ATƏT-in Minsk Qrupu formatı birbaşa həmin təşkilatın içərisindən kənaraçıxıb və aftonom səlahiyyətlər əldə edib. Ona görə də ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi fonunda ATƏT ParlamentAssambleyasına qiymət verməli deyilik. Azərbaycan uzun illərdir ki, həmintəşkilatda təmsil olunur, müxtəlif beynəlxalq məsələlərə özünün fəalmünasibətini bildirir”.