Minlərlə insandan əllərini üzdülər...
Nepal 26 avqustda Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən daşqınlardan sonra itkin düşən 5285 nəfər üçün axtarış-xilasetmə əməliyyatlarını dayandırır. Fəlakət nəticəsində 1455 nəfərin öldüyü bildirilir.
Adalet.az-ın məlumatına görə, Baş nazir Balendra Şahın ofisi açıqlayıb ki, hökumət bundan sonra bərpa və yenidənqurma işlərinə, xüsusilə zədələnmiş yolların və körpülərin təmirinə diqqət yetirəcək.
Daşqınlardan təxminən 33 min nəfərin zərər çəkdiyi, 7500-ə yaxın evin dağıldığı və yenidənqurma xərclərinin 4,77 milyard dollar olacağı təxmin edilir.
Qərar itkinlərin ailələri arasında narazılıq yaradıb. Bəzi ailələr axtarışların davam etdirilməsini tələb edir, digərləri isə itkin yaxınları üçün qiyabi dəfn mərasimləri keçiriblər. Ailələr həmçinin kompensasiya, sığorta və miras prosedurları üçün ölüm şəhadətnamələrinin verilməsini istəyirlər.
Digər Xəbərlər
16 Noyabr 2026 12:46
Gürcüstan-Rusiya danışıqları bərpa olunur
16 Noyabr 2026 12:46
Ukrayna Krım körpüsünə zərbə endirdi
16 Noyabr 2026 11:30
Tramp nə vaxt Nobel Sülh Mükafatına layiq görüləcək?
16 Noyabr 2026 10:55
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
16 Noyabr 2026 00:00
ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi
15 Noyabr 2026 18:00
Fələstinlilərin ölümünə görə Netanyahunu tənqid etdi
15 Noyabr 2026 17:46
Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq - Nazir
15 Noyabr 2026 17:37


Bakı -°C

