Mingəçevir "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb

Mingəçevir "ASAN xidmət" mərkəzi ötən gündən etibarən fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov AzVision.az-a bildirib ki, ötən gün xidmət mərkəzinə 600 müraciət daxil olub. Onun sözlərinə görə, bu gün günün birinci yarısına qədər isə Mingəçevir "ASAN xidmət" mərkəzinə 400 müraciət ünvanlanıb.
A.Hüseynov qeyd edib ki, Mingəçevir "ASAN xidmət" mərkəzi Mingəçevir şəhəri ilə yanaşı, Yevlax, Ağdaş rayonunda qeydiyyatda olan və ümumi sayı 340 minə yaxın vətəndaşa xidmət göstərir.
Şöbə rəhbəri əlavə edib ki, hazırda ölkə üzrə 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir: "5-i Bakıda, digər 8-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı və Mingəçevir şəhərlərində yerləşir. 2020-ilə qədər daha 7 "ASAN xidmət" mərkəzi tikiləcək. Bu il İmişli və Şəkidə xidmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə Tovuz, Ağcabədi, Kürdəmir, Cəlilabad və Şamaxı mərkəzləri tikiləcək".
Digər Xəbərlər

Bəzi rayonlarda leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Goranboyda istehsal müəssisəsi istifadəyə verildi - FOTOLAR + YENİLƏNİB

Prezident sutəmizləyici qurğunun açılışında iştirak etdi - FOTOLAR + YENİLƏNİB
