adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Fevral 2018 17:32
103702
MÜSAHİBƏ

Milyonçu Cənnət Əliyev gitaraçı Musa Musayevi müğənni etdi... - MÜSAHİBƏ

NəinkiAzərbaycanın, SSRİ-nin ilk milyonçusu Cənnət Əliyev 1954-cü ildə Naxçıvandadoğulub. 9 yaşında atasını itirdikdən sonra internat məktəbində oxuyub vəböyüyüb. Özü haqqında deyirdi: "İnternatda ondan da artıq aclıq keçirtdim.Mənim burada ən böyük arzum doyunca yemək olub. Pəncərədən düşüb çörəkoğurladığıma görə dəfələrlə döyülmüşəm. Universiteti Naxçıvanda bitirdikdənsonra cibindəki 8 manatla Rusiyaya gedən Cənnət Əliyev həmin pulu elə birincigün xərcləyib. Telefon köşklərində artıq qalan 2 qəpikləri yığmağa başlayanCənnət Sverlodskda "Təbriz” kooperativini qurur. Bütün SSRİ-nin rəsmimilyonçusu elan edilir. Amma qazandığı pullar ona rahatlıq gətirmir. Əvvəlcəxristianlığı qəbul edir, daha sonra Krişnaya sitayş etməyə başlayır. Özü bubarədə belə deyir: "Başımı qırxdırıb monax oldu, 13 ay gecə-gündüz bufəlsəfəni öyrəndim, öyrəndiklərimi insanlara yaydım, 11 otaqdan ibarətikimərtəbəli imarətimi onlara ibadətgah verdim, 3 avtomobilimi verdim”. CənnətƏliyev daha sonra İslam dinini qəbul edir, üzərində ayələr yazılmış bayrağıBakıdakı teleqüllədə dalğalandırır, 12 metrlik "Zülfüqar” qılıncınıhazırladaraq Azərbaycan ordusuna bağışlayır. Kalamıkıya prezidenti Kırsanİlyumcanovun yaxın dostu kimi onun şərq və ərəb ölkələri üzrə nümayəndəsi təyinedilir. 1989-cu ildə Rusiyada "Təbriz” musiqi qrupu yaradır. Qrup elə onunbəstəkarı olduğu "Təbriz” mahnısı ilə Azərbaycanda məşhur olur.Xeyriyyəçiliyinə görə də tanınan Cənnət Əliyev bir müddət mənəvi rahatlığıvəhşi heyvanlar saxlamaqda, kəndir üzərində gəzməkdə axtarır. Sonra bütünvar-dövlətini itirərək həbs edilir. Daha sonra isə ruhi xəstəxanada müalicəalır. Son günlərini ibadətlə keçirən, xalq təbabəti ilə insanları müalicə edənCənnət Əliyev 2014-cü ildə Bakıda dünyasını dəyişir.



Oturduğumuzkafedə təsadüfən İlham bəylə rastlaşırıq. Əslində mən nə onun adını, nə dəCənnət Əliyevin ən yaxın dostu olduğunu bilirdim. Söhbət əsnasında CənnətƏliyevin dostu olduğunu bilib onunla müsahibə etməyə qərar verdim. İlham bəyinyanında o vaxtkı "Şəms” qrupunun bədii rəhbəri Şakir Quliyev də var idi.



Adalet.az saytı həmin müsahibəni sizə təqdimedir.

- Bugünlərdə sosial şəbəkələrdə rəsmən sovet milyonçusu elan edilən Cənnət Əliyevhaqqında bir video kadr yayımlandı. Siz də həmin paylaşımların rəy bölməsindədost yanğınızı ifadə edirdiniz. Onun taleyinin belə acınacaqlı sona çatmasındahansı səbəblər var, onun ən yaxın dostu kimi bu barədə nə deyə bilərsiniz?

-Сənnət Əliyev uşaqlığını internatda keçirib, orada aclıq və səfalət içindəböyüyüb. Amma çox savadlı insan olub. Naxçıvandakı Pedoqoji institutu bitirib.Həmin dövrdə Cənnət həm də nişanlı idi. Nişanını qaytardıqdan sonra üz tutubRusiyanın Sverdlovski şəhərinə. Orada da hüquq üzrə təhsil alıb. Rüşvətxorluqladaima mübarizə apardığına görə ona dəli deyirdilər. Sverlovskidə bir müddətmüstəntiq vəzifəsində işləyib. Amma rüşvətxorluğa qarşı çıxdığına görətəqiblərlə üzləşib. Beləcə sıxışdırıldığını görən Cənnət qərara gəlir ki,iqdisadiyyatla məşğul olsun. Bu, Sovetin kooperativlər yaratdığı dövrünətəsadüf elədi. Sverlovskidə açdığı "Qvozdika” adlı mağazayla maddivəziyyətini xeyli yaxşılaşdırdı.

-Bildiyimə görə gül satırdı, eləmi?

-Bəli... Sonra Naxçıvandan müxtəlif bitki otları gətirməyə başladı. Daha sonraböyük biznesə girişdi. Bakıya parniklərə və mini asfalt zavodlarına nə lazımidisə, Ukraynadan, Rusiyadan gətirməyə başladı. Artıq 89-cu ilin axırlarıSverdlovskinin "Smena” qəzetində "Sovet milyonçuları ilə müsahibə”rubrikasında milyonçu kimi müsahibə verir, sonra AZTV-nin "Dalğa”verilişinə dəvət alır.



(ŞəkildəkiCənnət Əliyevdir)



- Rəsmişəəkildə milyonçu elan olunmuşdu?

- Bəli.Amma o milyonçu elan olunana kimi bizneslə yanaşı, həm də siyasətlə məşğulolurdu. Onun siyasəti Cənubi Azərbaycana yönəlmişdi. Yəni cənubla şimalınbirləşməsi onun ideologiyasının əsas məntiqi idi. Siyasi baxışlarını musiqi iləçatdırmağa başladı. O vaxtlar da İmişlidə ən məşhur olan müğənni, xalq artistiNiyaməddin Musayev idi. Onun davamçıları Vuqar Yusifov, Musa Musayev, CəlilağaQuliyev, Şakir Quliyev idi ki, o da hal-hazırda qarşınızda oturub. Onun yaratdığı"Şəms qrupu”nda Cəlilağa saksafonda, Musa gitarada çalırdı, Şakiransamblın bədii rəhbəri idi. Vüqar isə həm elektron zərb alətində ifa edirdi,həm də oxuyurdu. Sonra Cənnət Əliyev onları Sverdlovskiyə dəvət elədi, onlaraməşq etmək üçün yer verdi. İndi "Qızıl fond”da qalan "Təbriz”mahnısının bəstəkarı Cənnət Əliyevdir. Bu mahnının ilk ifaçısı Vüqar Yusifov,sonra isə Musa Musayevdir.

- Ammabiz Musa Musayevdən eşitmişik o mahnını.

- Xeyr.AZTV-nin "Dalğa” verilişində bu mahnını Vüqar Yusifov ilk dəfə ifaetmişdi, Musa Musayev isə gitarada müşayiət edirdi. Sadəcə, Vüqar elədiyixəyanətə görə ansambldan qovulub, sonra qrup dağılıb. Daha sonra Bakıda konkurskeçirildi ki, Vüqarın səsinə oxşar səs tapılsın. Elə oldu ki, onun səsininoxşarı tapılmadığı üçün Cənnət Əliyev bu mahnının ifasını gitaraçı MusaMusayevə tapşırdı. Ondan sonra gitaraçı Musa Musayev müğənni oldu.

-Cənnət Əliyevlə hansı ortaq cəhətiniz var idi ki, onunla işləməyə başladınız?

- 88-ciildə bizə "Təbriz kooperativi”ndən məktub gəldi. Açığı vaxt olmadığınagörə, əvvəlcə maraqlanmadıq. Sonra Cənnət Əliyevin adamlarından biri gəldi vədedi ki, getmək lazımdır.

- Sizbilirdiniz ki, Cənnət Əliyev milyonçudur. Razılaşanda maddiyyat sizə önəmliidimi?

-Düzdür, maddiyyat da önəmli idi, amma biz çox yaxşı yaşayırdıq, toylardan boşvaxtımız olmurdu. Dekabrın 16-sı nəhayət, Xalidlə Moskvaya uçduq. MoskvadaCənnət Əliyevlə ilk görüşümüz oldu. Sadə geyimli, adi bir adam idi. Kontraktimzaladıq ki, gəlirin 50 faizi bizim, 50 faizi isə kooperativin olacaq. O bizəən yaxşı musiqi avadanlıqlarını almağa kömək elədi. Sonra təklif etdi ki, eləkooperativin adını daşıyan bir mahnı ərsəyə gətirək.

- Şakirmüəllim, o vaxtlar mitinqlərin başladığı dövr idi.

- Bəli.Əsl zamanında yaranan mahnı idi. Amma mahnı yaranana kimi bilmirdik ki, nəedək, necə edək. Cənnət gitaranı əlinə aldı və dedi ki, mən məktəbdə oxuyanvaxtlarımda belə bir musiqi ifa eləmişdim. Belə deyək də, mövzunu bizə o verdi.Mahnı beləcə yarandı. Sonra onun aranjıman işləri sona çatdı. Və biz ilk dəfəAZTV-nin "Dalğa” verilişində "Təbriz” mahnısını ifa elədik. Bu mahnıAzərbaycanda böyük rezonans doğurdu.

- Bunasəbəb də həmin vaxtlar insanların azadlıq ruhunda olması idi.

-Əlbəttə ki. Əgər o mahnı on il qabaq, ya sonra ifa olunsaydı elə effektverməyəcəkdi. Mahnının səslənməsindən 20 gün sonra Naxçıvanda İranla sərhədlərivurub dağıtdılar.

- İlhammüəllim, sizdən soruşmaq istəyirəm, Cənnət Əliyev müsəlman kimi doğulub, sonraxristianlığı, daha sonra Krişnaizmi qəbul edib və axırda yenidən İslamaqayıdıb. O nə axtarırdı?

- Onunüçün bütün dinlər müqəddəs idi. Həmişə deyərdi ki, xristianlara, krişnaçılaraniyə pis baxırlar? Onlar da Allaha inanırlar. Allah təkdir, hərə ona bir cürinanır. Burada pis nə var ki? Kafedə oturub araq içənlərdən pisdir xristianlar,krişnaçılar? Krişnaizmi Azərbaycana gətirən, onları maddi cəhətdən təmin edənCənnət Əliyev olmuşdu.



(CənnətƏliyevin Azərbaycan ordusuna hədiyyə etdiyi "Zulfiqar" qılıncı)

- Bəs,Krişnaçılar onun qədrini bildimi?

- Xeyr.Təəssüf olsun ki, onları maşınla, 20 otaqlı ev ilə təmin edən Cənnət Əliyevinqədrini bilmədilər. Cənnət onların Bakıda kitablarının çapına dəstək olmuşdu.Bəzən heç o kitabların satışı da olmurdu, təmənnasız insanlara paylanırdı.Kitabın satışı rekord vurmuşdu. O vaxtlar bir deputatımız var idi, Səyyad Aran.Səyyad müəllim onun haqqında qəzetdə bu başlıqla bir yazı da yazmışdı."İlk rekordçu”. Dünyada krişnaizmə aid kitabların ən çox satışına nailolmuşdu Cənnət.

-Yəqinkrişnaistlərdən mənəvi qarşılığını görmədiyinə görə yenidən İslama qayıtmışdı.Elə deyil?

İlhambəy:

- Onunmənəvi haqqını nəinki krişnaşılar, heç müsəlmanlar da vermədilər. Ömrünün songünlərinə kimi yanında qalan yeganə insan mən olmuşam. Onun həmişə üz tutduğuinsan mən olmuşam. Bir dəfə yanıma gəlib dedi ki, İlham, üç gündür çörəkyemirəm. Nə qədər desəm də ki, gəl, gedək bizə, yemək hazırlasınlar ye,getmədi. Restoranların birində onun qarnını doyurduq, cibinə pul qoydum. EləŞakir müəllim də burdaykən üzünə deyirəm, ansamblın heç bir üzvü Cənnətindəfnində iştirak etmədi. Nə Şakir Quliyev, nə Musa Musayev, nə də o biriləri.Halbuki, "Təbriz” mahnısından sonra "Şəms qrupu”nun şöhərit birə beşartmışdı. Heç indinin özündə də bilmirlər ki, Cənnət harada dəfn olunub.



- İlhambəy, Cənnət Əliyev İslam qaydaları ilə dəfn olundu yoxsa?

- Islamqaydaları ilə. Yenə də deyirəm, dəfn günü onun əl tutduğu insanların heç birinigörmədim.

- ŞakirQuliyev və İlham bəy, bu sualı ikinizə də ünvanlayıram, əgər yaşasaydı, CənnətƏliyevin Azərbaycan musiqisində yeri barədə nə deyərdiniz?

ŞakirQuliyev:

- Açığıbilmirəm nə deyim. Bunu deyə bilərəm ki, Azərbaycana ən unikal musiqiavadanlıqlarını Cənnət Əliyev gətirdi. Sizə bir şey deyim, o vaxt axırıncı dəfəefirə çıxanda Cənnət mənə zəng vurub dedi ki, uşaqları da götür, gəlSverdlovskiyə. Vüqar Yusifovun atası, Cəlilağanın, Musanın qardaşı gəldilərbizə. Dedilər ki, neçə ay Sverlovskidə qaldınız, nə qazandınız? Gedin,müqaviləni pozun, qayıdın. Tək gedəcəkdim amma Musa mənə dedi ki, birlikdəgedək. Musa da mənə qoşuldu, birlikdə Cənnətin yanına getdik. Mən hardanbiləydim ki, Musa mənə torba tikir?! Cənnətlə görüşəndə dedi ki, Şakir,Azərbaycan da konsert verəcəyik, hər ay sənə 60 manat pul verəcəm. Dedim, mənözüm elə mədəniyyətdə işləyib aya 90 manat qazanıram da. Axı bizim kontraktdaşərtlərimiz belə deyildi? Biz Azərbaycandan kənarda konsertlər verəcəyik. Nəisə. Bizimki alınmadı. Mən qayıtdım, Musa isə orada qaldı. Sonra gördüm ki,Musa əyninə bir xalat geyinib "Təbriz” mahnısını oxuyur.

Musasonralar çox səhvlər elədi. Cənnətin maşınını oğurlatdırdı, onun pulunu yedi,sonra da nə oldusa, ayrıldılar. Musa sonra bu mahnını hər yerdə öz adına çıxdı.Halbuki, onu müğənni edən Cənnət Əliyev olmuşdu. Ona və qrupun uşaqlarına beləxəyanət etmək kişiyə yaraşmaz.

İlhambəy:

-Azərbaycanda ilk klipi Cənnət çəkdirdi. Həmin "Təbriz” mahnısına. 1989-cuilin sonunda. Özü də klipdə çəkilmişdi. Cənnət peşəkar bəstəkar olmasa da onunbu mahnısı yaşayır, yaşayacaq da. Amma elə bəstəkarlar var ki, yüz mahnısındanikisi sevilir, bəyənilir.Üstəgəl, ilk dəfə latın hərflərini Azərbaycana gətirəncənnət olub dalğa verlişində ansanbılın geyimlərinin üzərində böyük hərflərləTəbriz yazılmışdı. Buna o dövrdə heç kim risk edə bilməzdi.



- İlhambəy, son günlərində Cənnətin yanında olduğunuzu dediniz. Sizə son günlərindənələr demişdi?

- Onunqohumlarından bir-ikisi yanında idi. Elə onların yanında Cənnətə heç kiminürəyində xal qalmasın deyə sual verdim ki, Cənnət, mən bu vaxta kimi səndənnəsə ummuşam? O dedi: Sən dostlarımın içində yeganə adamsan ki, məndən heç nəummadın, qarşılıq gözləmədin...


EminAkif

P.SMüsahibədəki fikirlərə görə adalet.az saytı məsuliyyət daşımır.