Millimizin hücumçusu debüt oyununda het-trik etdi - VİDEO
Futbol üzrə ABŞ Peşəkar Futbol Liqasında yeni mövsümə start verilib.
Oxu.Azxəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rizinq” də yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda ilk turda doğma meydanda "Portland 2” ilə qarşılaşıb. Rüfətin komandası bu oyunda darmadağınla qalib gəlib – 6:1.
Qarşılaşmaya start heyətdə başlayan Rüfət het-triklə yadda qalıb. O, 13, 24 və 65-ci dəqiqələrdə fərqlənməklə komandasının qələbəsində müstəsna rol oynayıb.
Xatırladaq ki, Dadaşov qış transfer dövründə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Proyssen”dən "Finiks Rizinq”ə keçib.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00