adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Mart 2018 17:12
11839
İDMAN

Millimiz Rusiya ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

Adalet.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

İlk oyun martın 22-də, ikinci görüş isə 25-də keçiriləcək. "Dalğa Arena”dakı hər iki qarşılaşma saat 17:00-da başlayacaq.