Millimiz Olimpiadadan məhrum oldu - Şok
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) 18 atletimizi diskvalifikasiya etməsi Azərbaycan millisinə növbəti zərbəni vurub.
Adalet.az xəbər verir ki, yığmamız böyüklər arasında Avropa çempionatının ardınca yeniyetmələr arasında qitə birinciliyinə də buraxılmayacaq.
Buna İWF-nin cəzası səbəb olub. Belə ki, komandamız Azərbaycan Ağır Atletika Federasiyası 500 min avronu ödəməyənə kimi hər hansı bir yarışda iştirak hüququnu itirib.
Polşada aprelin 28-də start götürəcək qitə birinciliyi Yeniyetmələrin II Olimpiya Yay Oyunlarına lisenziya xarakteri daşıdığından millimiz Çinin Nanjinq şəhərinə vəsiqə qazanmaq imkanını da əldən verib. Avropa atletləri üçün Olimpiadaya yeganə lisenziya turniri olan çempionata buraxılmamaq isə bu yarışdan kənar qalmaq deməkdir.
Qeyd edək ki, 2010-cu ildə Sinqapurda baş tutan ilk Olimpiadada yeniyetmə idmançılarımız 5 qızıl və 3 bürünc medal qazanmışdılar. Yarışda 1 atletlə təmsil olunan ağırlıqqaldırma yığmamız isə bu qızıl medallardan birinə sahib olmuşdu. Həmin vaxt hazırda Azərbaycan millisindən imtina edərək, Qazaxıstana üz tutan Nicat Rəhimov (69 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Digər Xəbərlər
03 May 2024 11:10
Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37