adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Oktyabr 2017 11:26
22494
ELM VƏ TƏHSİL

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

"20 Yanvar” İB"Yeniyetməvə gənclər arasında vətənpərvərliktəbliğatının aparılması məqsədilətədbirlərin təşkili” layihəsiçərçivəsində Neftçala rayonunda Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsrolunmuş tədbir həyata keçirib

"20 Yanvar” İB "Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatınınaparılması məqsədilətədbirlərin təşkili” layihəsini həyata keçirir.

Oktyabrayının 6-sı sözügedən layihə çərçivəsində təşkilat 2016-cıil Aprel döyüşləri zamanı şəhid olmuş, ölümündən sonra "Azərbaycan MilliQəhrəmanı” adına layiq görülmüş İmanov Samid Gülağa oğlunun xatirəsinə həsrolunmuş və onun qəhrəmanlıq sərlövhəsi iləbağlı Neftçala rayon 1nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərləvətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanması istiqamətində təbliğatvə maarifləndirmə tədbiri həyata keçirilib.

Tədbirdə "VətənpərvərliyinTəbliğinə Dəstək" İctimai Birliyinin sədri, Azərbaycanın ilk hərbidiktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı və eyni zamanda datədbirin aparıcısı Şəmistan Əlizamanlı, Milli Qəhrəmanımız mayor Samid İmanovunailə üzvləri, "Kür-Xəzər”Xeyriyyə Cəmiyyətinin sədri, eləcə də Azərbaycan Respublikası AğsaqqallarŞurasının idarə heyətinin üzvü Akif Kərimov,"QarabağQaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, həmçinin QAZİLER.AZsaytının baş redaktoru Rey Kərimoğlu, VisionTV-nin əməkdaşı Fərqanə Əliyeva, "NeftçalaQadınlarının Sosial İnkişafına Dəstək” İB-nin sədri Gülqədəm Mirzəzadə, "20Yanvar” İB-nin sədri Sultan Əzimzadə və sədr müavini Müstafa Əliyev, layihəninicraçısı Şəhla Qarayeva, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin gedişatındalayihə haqqında məlumat verilmiş, dəvət olunmuş qonaqlar çıxış etmiş, Milli QəhrəmanımızSamid İmanovun xatirəsinə həsr olunmuş video-rolik izlənilmişdir. Daha sonra isətədbirin aparıcısı Şəmistan Əlizamanlı ifasında hərbi vətənpərvərlik mahnısıifa olunmuş, məktəb yeniyetmə və gənclərinin ifasında şeirlər səsləndirilmişdir.

Qeyd edək ki, Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatınınaparılması məqsədilə tədbirlərintəşkili layihəsi AzərbaycanRespublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının maliyyə dəstəyi və "20Yanvar” İB təşkilatçılığı ilə həyata keçirilir.