adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Fevral 2020 09:00
77752
MƏDƏNİYYƏT

Milli qəhrəmana böyük sayğı :Gənc magistrdən qürurverici əməl

Sosial şəbəkə istifadəçisi ElxanZeynalov öz səhifəsində maraqlı bir paylaşım edib. Paylaşdığı fotolar izləyicilərinrəğbətini qazanıb.

Adalet.az xəbər verir ki, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrindənbiri olan Elxan Zeynalov diplom müdafiəsi üçün Azərbaycanın Milli qəhrəmanıAllahverdi Bağırovun heykəlini hazırlayıb.

Azərbaycan Universitetləri adlıbir profil isə gənc magistrın bu işini təqdiredib:”Gördüyünüz bu cavan oğlan Rəssamlıq Akademiyasının IV kurs tələbəsiElxan Zeynalovdur. Onun haqda çox yazmışıq. Əl qabiliyyətinə söz ola bilməz.



Elxan diplom müdafiəsini Milli qəhrəmanımız,qürurumuz Allahverdi Bağırovun möhtəşəm heykəlini düzəltməklə edib.

Heykəl Ağdamda küçələrdən birinəqoyulacaq və gələn ay təntənəli açılışı keçiriləcək. Əhsən!”

Media nümayəndəsinin:” Niyə məhz Milli qəhrəmanımız Allahverdi Bağırov?”-sualına obelə cavab verib:” Allahverdi Bağırovun heykəliniyaratmağımdakı əsas səbəb onun xilaskar ruhu olub. O, 1003 Xocalı əsirini xilasedib, qürur yerimizdir. Bu gün Xocalıda törədilən qətliamı fikirləşəndə,Allahverdi Bağırovun ən böyük xilaskar olduğunu görürəm”.

Qeyd edəkki, hazırda sosial şəbəkələrdə ən cox haqqında danışılan Elxan Zeynalovunpaylaşdığı fotolardı.

Əntiqə Rəşid